Kitab 18

Rukuda edilən dua

5

hədis

Dua

سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ

Subhə:nə Rabbiyəl-azi:m!

Əzəmətli Rəbbim pak və müqəddəsdir! (üç dəfə)

Hədis

عَنْ حُذَيْفَةَ بْنِ الْيَمَانِ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِذَا رَكَعَ : سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ , ثَلاَثَ مَرَّاتٍ ، وَإِذَا سَجَدَ قَالَ : سُبْحَانَ رَبِّيَ الأَعْلَى , ثَلاَثَ مَرَّاتٍ.

“Rəvayət edilir ki, Huzeyfə ibn əl-Yəmən ﵁ Allah Elçisinin ﷺ rukuda üç dəfə: “Əzəmətli Rəbbim pak və müqəddəsdir! – (Subhə:nə Rabbiyəl-azi:m!)”, səcdədə də üç dəfə: “Ən Uca Rəbbim pak və müqəddəsdir! – (Subhə:nə Rabbiyəl-Ə'lə!)”- dediyini eşitmişdir.”

Huzeyfə ibn əl-Yəmən
SəhihMüsəlmanın qalası, 34 (Kitab 18, 1)

Qeyd

ən-Nəsəi “Sunən” 1046, 1054; İbn Məcə, 888. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4734.

Dua

سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِي

Subhə:nəkə Alla:hummə Rabbənə: va bihəmdik, Alla:hummə-ğfirli:!

Allahım, Sən pak və müqəddəssən! Ey Rəbbimiz, Sənə həmd olsun! Allahım, məni bağışla!

Hədis

عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ فِي رُكُوعِهِ وَسُجُودِهِ سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِي.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ rukuda və səcdədə: “Allahım, Sən pak və müqəddəssən! Ey Rəbbimiz, Sənə həmd olsun! Allahım, məni bağışla! – (Subhə:nəkə Alla:hummə Rabbənə: va bihəmdik, Alla:hummə-ğfirli:!)”- deyərdi”.”

Aişə
SəhihMüsəlmanın qalası, 35 (Kitab 18, 2)

Qeyd

əl-Buxari, 752, 794, 4293.

Dua

سُبُّوحٌ، قُدُّوسٌ، رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

Subbu:h, quddu:s, Rabbul-mələ:ikəti var-ru:h!

Pakdır, müqəddəsdir, mələklərin və Ruhun Rəbbidir!

Hədis

أَنَّ عَائِشَةَ نَبَّأَتْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِى رُكُوعِهِ وَسُجُودِهِ «سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ»

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ rukuda və səcdədə belə deyirdi: “Pakdır, müqəddəsdir, mələklərin və Ruhun Rəbbidir! – (Subbu:h, quddu:s, Rabbul-mələ:ikəti var-ru:h!)””

Aişə
SəhihMüsəlmanın qalası, 36 (Kitab 18, 3)

Qeyd

Muslim, 752, 1119.

Dua

اللهُمَّ لَكَ رَكَعْتُ، وَبِكَ آمَنْتُ، وَلَكَ أَسْلَمْتُ، أَنْتَ رَبِّي خَشَعَ سَمْعِي وَبَصَرِي وَمُخِّي وَعَظْمِي وَعَصَبِي، وَمَا اسْتَقَلَّتْ بِهِ قَدَمِي، لِلَّهِ رَبِّ الْعَالَمِينَ

Alla:hummə, ləkə rakə′tu va bikə ə:məntu va ləkə əsləmtu, əntə Rabbi: xaşəa səm′i: va bəsari: va muxxi: va azmi: va asabi: va məstəqallət bihi qadəmi:, lillə:hi Rabbil-a:ləmi:n!

Allahım, Sənə ruku etdim, Sənə iman gətirdim, Sənə təslim oldum! Sən mənim Rəbbimsən. Qulağım, gözüm, beynim, sümüyüm, sinirim və ayaqlarımın üstündə dayanan (bədənim) aləmlərin Rəbbi Allaha tabe oldu!

Hədis

عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا رَكَعَ قَالَ: " اللهُمَّ لَكَ رَكَعْتُ، وَبِكَ آمَنْتُ، وَلَكَ أَسْلَمْتُ، أَنْتَ رَبِّي خَشَعَ سَمْعِي وَبَصَرِي وَمُخِّي وَعَظْمِي وَعَصَبِي، وَمَا اسْتَقَلَّتْ بِهِ قَدَمِي، لِلَّهِ رَبِّ الْعَالَمِينَ "

“Əli ibn Əbu Talib ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ruku etdikdə belə buyurdu: “Allahım, Sənə ruku etdim, Sənə iman gətirdim, Sənə təslim oldum! Sən mənim Rəbbimsən. Qulağım, gözüm, beynim, sümüyüm, sinirim və ayaqlarımın üstündə dayanan (bədənim) aləmlərin Rəbbi Allaha tabe oldu! – (Alla:hummə, ləkə rakə′tu va bikə ə:məntu va ləkə əsləmtu, əntə Rabbi: xaşəa səm′i: va bəsari: va muxxi: va azmi: va asabi: va məstəqallət bihi qadəmi:, lillə:hi Rabbil-a:ləmi:n!)”.”

Əli ibn Əbu Talib
SəhihMüsəlmanın qalası, 37 (Kitab 18, 4)

Qeyd

Əhməd, 960. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir.

Dua

سُبْحَانَ ذِي الْجَبَرُوتِ، وَالْمَلَكُوتِ، وَالْكِبْرِيَاءِ، وَالْعَظَمَةِ

Subhə:nə zil-cəbəru:ti, val-mələku:ti, val-kibriyə:i, val-azaməti!

Qüdrət, səltənət, böyüklük və əzəmət sahibi pak və müqəddəsdir!

Hədis

عَنْ عَوْفِ بْنِ مَالِكٍ الأَشْجَعِىِّ قَالَ قُمْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً فَقَامَ فَقَرَأَ سُورَةَ الْبَقَرَةِ لاَ يَمُرُّ بِآيَةِ رَحْمَةٍ إِلاَّ وَقَفَ فَسَأَلَ وَلاَ يَمُرُّ بِآيَةِ عَذَابٍ إِلاَّ وَقَفَ فَتَعَوَّذَ - قَالَ - ثُمَّ رَكَعَ بِقَدْرِ قِيَامِهِ يَقُولُ فِى رُكُوعِهِ « سُبْحَانَ ذِى الْجَبَرُوتِ وَالْمَلَكُوتِ وَالْكِبْرِيَاءِ وَالْعَظَمَةِ ». ثُمَّ سَجَدَ بِقَدْرِ قِيَامِهِ ثُمَّ قَالَ فِى سُجُودِهِ مِثْلَ ذَلِكَ - ثُمَّ قَامَ فَقَرَأَ بِآلِ عِمْرَانَ ثُمَّ قَرَأَ سُورَةً سُورَةً.

“Rəvayət edilir ki, Auf ibn Malik əl-Əşcai ﵁ demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə gecə namazına qalxdım. O, durdu və əl-Bəqərə surəsini oxudu. Mərhəmətlə bağlı hər bir ayədə dayanıb Allahdan istəyərdi. Əzabla bağlı hər bir ayədən keçərkən dayanıb Allaha sığınardı. Sonra ayaq üstə dayandığı qədər rukuda dayandı və bu duanı oxudu: “Qüdrət, səltənət, böyüklük və əzəmət sahibi pak və müqəddəsdir! – (Subhə:nə zil-cəbəru:ti, val-mələku:ti, val-kibriyə:i, val-azaməti)”. Sonra isə ayaq üstə dayandığı qədər səcdədə dayandı və eyni duanı dedi. Sonra qalxdı və Ali-İmran surəsini oxudu. Sonra isə surə-surə oxudu”.”

Auf ibn Malik əl-Əşcai
SəhihMüsəlmanın qalası, 38 (Kitab 18, 5)

Qeyd

Əbu Davud, 873. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 882; Muxtəsər əş-Şəmail, 267.