Rukuda edilən dua
Dua

سُبْحَانَ ذِي الْجَبَرُوتِ، وَالْمَلَكُوتِ، وَالْكِبْرِيَاءِ، وَالْعَظَمَةِ

Subhə:nə zil-cəbəru:ti, val-mələku:ti, val-kibriyə:i, val-azaməti!

Qüdrət, səltənət, böyüklük və əzəmət sahibi pak və müqəddəsdir!

Hədis

عَنْ عَوْفِ بْنِ مَالِكٍ الأَشْجَعِىِّ قَالَ قُمْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً فَقَامَ فَقَرَأَ سُورَةَ الْبَقَرَةِ لاَ يَمُرُّ بِآيَةِ رَحْمَةٍ إِلاَّ وَقَفَ فَسَأَلَ وَلاَ يَمُرُّ بِآيَةِ عَذَابٍ إِلاَّ وَقَفَ فَتَعَوَّذَ - قَالَ - ثُمَّ رَكَعَ بِقَدْرِ قِيَامِهِ يَقُولُ فِى رُكُوعِهِ « سُبْحَانَ ذِى الْجَبَرُوتِ وَالْمَلَكُوتِ وَالْكِبْرِيَاءِ وَالْعَظَمَةِ ». ثُمَّ سَجَدَ بِقَدْرِ قِيَامِهِ ثُمَّ قَالَ فِى سُجُودِهِ مِثْلَ ذَلِكَ - ثُمَّ قَامَ فَقَرَأَ بِآلِ عِمْرَانَ ثُمَّ قَرَأَ سُورَةً سُورَةً.

“Rəvayət edilir ki, Auf ibn Malik əl-Əşcai ﵁ demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə gecə namazına qalxdım. O, durdu və əl-Bəqərə surəsini oxudu. Mərhəmətlə bağlı hər bir ayədə dayanıb Allahdan istəyərdi. Əzabla bağlı hər bir ayədən keçərkən dayanıb Allaha sığınardı. Sonra ayaq üstə dayandığı qədər rukuda dayandı və bu duanı oxudu: “Qüdrət, səltənət, böyüklük və əzəmət sahibi pak və müqəddəsdir! – (Subhə:nə zil-cəbəru:ti, val-mələku:ti, val-kibriyə:i, val-azaməti)”. Sonra isə ayaq üstə dayandığı qədər səcdədə dayandı və eyni duanı dedi. Sonra qalxdı və Ali-İmran surəsini oxudu. Sonra isə surə-surə oxudu”.”

Auf ibn Malik əl-Əşcai
Səhih

Qeyd

Əbu Davud, 873. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 882; Muxtəsər əş-Şəmail, 267.

İstinad

Müsəlmanın qalası, 38 (Kitab 18, 5)

Hədislərlə müsəlmanın qalası — Rukuda edilən dua