الْحَمْدُ للهِ الَّذِي أَطْعَمَنِي هَذَا وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّي وَلاَ قُوَّةٍ
Əlhəmdulillə:hilləzi: ət'aməni: hə:zə va razəqani:hi min ğayri həulin minni: va lə: quvvətin!
Bunu mənə yedirdən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!
Hədis
عَنْ سَهْلِ بْنِ مُعَاذِ بْنِ أَنَسٍ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ أَكَلَ طَعَامًا فَقَالَ الْحَمْدُ لِلَّهِ الَّذِى أَطْعَمَنِى هَذَا وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّى وَلاَ قُوَّةٍ. غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ ».
“Səhl ibn Muaz ibn Ənəs atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim yemək yedikdən sonra: “Bunu mənə yedirdən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!”- deyərsə, keçmiş günahları bağışlanar”.”
Qeyd
ət-Tirmizi, 3458, 3792; İbn Məcə, 3285. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 1989.