Yeməkdən sonra edilən dua
Dua

الْحَمْدُ لِلَّهِ كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ ، غَيْرَ مَكْفِىٍّ ، وَلاَ مُوَدَّعٍ وَلاَ مُسْتَغْنًى عَنْهُ ، رَبَّنَا

Əlhəmdulillə:hi kəsi:ran tayyibən mubə:rakan fi:hi ğayra məkfiyyin va lə: muvaddə'in va lə: mustəğnən anhu Rabbənə!

Rəbbimiz Allaha həmd olsun, özü də çoxlu, xoş, mübarək, sonsuz, ardı-arası kəsilməyən, onsuz keçinmək mümkün olmayan bir həmd!

Hədis

عَنْ أَبِى أُمَامَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا رَفَعَ مَائِدَتَهُ قَالَ « الْحَمْدُ لِلَّهِ كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ ، غَيْرَ مَكْفِىٍّ ، وَلاَ مُوَدَّعٍ وَلاَ مُسْتَغْنًى عَنْهُ ، رَبَّنَا »

“Əbu Umamə ﵁ rəvayət edir ki, yemək süfrəsi yığışdırıldıqda, Peyğəmbər ﷺ belə deyərdi: “Rəbbimiz Allaha həmd olsun, özü də çoxlu, xoş, mübarək, sonsuz, ardı-arası kəsilməyən, onsuz keçinmək mümkün olmayan bir həmd!””

Əbu Umamə
Səhih

Qeyd

əl-Buxari, 5037, 5458; ət-Tirmizi, 3456, 3790.

İstinad

Müsəlmanın qalası, 186 (Kitab 71, 2)

Hədislərlə müsəlmanın qalası — Yeməkdən sonra edilən dua