Qonağın ona yemək verən üçün etdiyi dua
Dua

اللَّهُمَّ بَارِكْ لَهُمْ فِيمَا رَزَقْتَهُمْ، وَاغْفِرْ لَهُمْ وَارْحَمْهُمْ

Alla:hummə bə:rik ləhum fi:mə: razəqtəhum, vağfir ləhum varhəmhum!

Allahım, onlara verdiyin ruzini bərəkətli et, onları bağışla və onlara rəhm et!

Hədis

عَنْ عَبْدِ اللَّهِ بْنِ بُسْرٍ قَالَ نَزَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى أَبِى - قَالَ - فَقَرَّبْنَا إِلَيْهِ طَعَامًا وَوَطْبَةً فَأَكَلَ مِنْهَا ثُمَّ أُتِىَ بِتَمْرٍ فَكَانَ يَأْكُلُهُ وَيُلْقِى النَّوَى بَيْنَ إِصْبَعَيْهِ وَيَجْمَعُ السَّبَّابَةَ وَالْوُسْطَى - قَالَ شُعْبَةُ هُوَ ظَنِّى وَهُوَ فِيهِ إِنْ شَاءَ اللَّهُ إِلْقَاءُ النَّوَى بَيْنَ الإِصْبَعَيْنِ - ثُمَّ أُتِىَ بِشَرَابٍ فَشَرِبَهُ ثُمَّ نَاوَلَهُ الَّذِى عَنْ يَمِينِهِ - قَالَ - فَقَالَ أَبِى وَأَخَذَ بِلِجَامِ دَابَّتِهِ ادْعُ اللَّهَ لَنَا فَقَالَ « اللَّهُمَّ بَارِكْ لَهُمْ فِى مَا رَزَقْتَهُمْ وَاغْفِرْ لَهُمْ وَارْحَمْهُمْ ».

“Rəvayət edilir ki, Abdullah ibn Busr ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ atamın qonağı oldu. Onun qabağına yemək və xurma halvası qoyduq. Ondan yedikdən sonra onun üçün quru xurma gətirildi. O, (xurmadan) yeyir və tumlarını iki barmağı - şəhadət və orta barmağı arasında çıxararaq atırdı”. Şöbə belə deyir: “Bu, mənim zənnimcədir. Tumu iki barmaqla çıxarıb atmaq Allahın izni ilə hədisdəndir”. Bu əsnada onun üçün içiləcək bir şey gətirildi, ondan içdi və onu sağında olana verdi. Atam heyvanın yüyənindən tutaraq: “Bizim üçün dua et!”- deyə söylədi. Allah Elçisi ﷺ də belə buyurdu: “Allahım, onlara verdiyin ruzini bərəkətli et, onları bağışla və onlara rəhm et!””

Abdullah ibn Busr
Səhih

Qeyd

Muslim, 3805, 5449.

İstinad

Müsəlmanın qalası, 187 (Kitab 72, 1)

Hədislərlə müsəlmanın qalası — Qonağın ona yemək verən üçün etdiyi dua