Hədislərlə müsəlmanın qalasıBəzi zikrlərin fəziləti haqda

Kitab 128

Bəzi zikrlərin fəziləti haqda

14

hədis

عَنْ سَلْمَى أُمِّ بني أَبِي رَافِعٍ مَوْلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ: يَا رَسُولَ اللَّهِ أَخْبِرْنِي بِكَلِمَاتٍ وَلا تُكْثِرْ عَلَيَّ، فَقَالَ:قُولِي: اللَّهُ أَكْبَرُ عَشَرَ مِرَارٍ يَقُولُ اللَّهُ: هَذَا لِي، وَقُولِي سُبْحَانَ اللَّهِ عَشْرَ مِرَارٍ يَقُولُ اللَّهُ: هَذَا لِي، وَقُولِي اللَّهُمَّ اغْفِرْ لِي يَقُولُ: قَدْ فَعَلْتُ، فَتَقُولِينَ عَشْرَ مِرَارٍ وَيَقُولُ: قَدْ فَعَلْتُ.

“Allah Elçisinin ﷺ azad etdiyi Səlmə Ummi Bəni Əbu Rafi ﵂ demişdir: “Ey Allahın Elçisi! Mənə uzun olmayan kəlmələr öyrət”. Allahın Elçisi ﷺ buyurdu: “On dəfə: “Allahu Əkbər”- de. Allah buyurar: “Bu Mənim üçündür”. On dəfə: “Subhən-Allah”- de. Allah buyurar: “Bu Mənim üçündür”. De: “Allahım, məni bağışla!” Allah buyurar: “Artıq bağışladım”. Bunu on dəfə desən, Allah da on dəfə: “Artıq bağışladım”- deyər”.”

Səlmə Ummi Bəni Əbu Rafi
SəhihMüsəlmanın qalası, 248 (Kitab 128, 1)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 766, 20222. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1566.

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَلَّتَانِ لاَ يُحْصِيهِمَا رَجُلٌ مُسْلِمٌ إِلاَّ دَخَلَ الْجَنَّةَ ، وَهُمَا يَسِيرٌ ، وَمَنْ يَعْمَلُ بِهِمَا قَلِيلٌ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الصَّلَوَاتُ الْخَمْسُ ، يُسَبِّحُ أَحَدُكُمْ فِي دُبُرِ كُلِّ صَلاَةٍ عَشْرًا ، وَيَحْمَدُ عَشْرًا ، وَيُكَبِّرُ عَشْرًا ، فَهِيَ خَمْسُونَ وَمِائَةٌ فِي اللِّسَانِ ، وَأَلْفٌ وَخَمْسُ مِئَةٍ فِي الْمِيزَانِ ، وَأَنَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَعْقِدُهُنَّ بِيَدِهِ ، وَإِذَا أَوَى أَحَدُكُمْ إِلَى فِرَاشِهِ أَوْ مَضْجَعِهِ سَبَّحَ ثَلاَثًا وَثَلاَثِينَ ، وَحَمِدَ ثَلاَثًا وَثَلاَثِينَ ، وَكَبَّرَ أَرْبَعًا وَثَلاَثِينَ ، فَهِيَ مِئَةٌ عَلَى اللِّسَانِ ، وَأَلْفٌ فِي الْمِيزَانِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَيُّكُمْ يَعْمَلُ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ أَلْفَيْنِ وَخَمْسَ مِئَةِ سَيِّئَةٍ ؟ قِيلَ : يَا رَسُولَ اللهِ ، وَكَيْفَ لاَ نُحْصِيهِمَا ؟ فَقَالَ : إِنَّ الشَّيْطَانَ يَأْتِي أَحَدَكُمْ وَهُوَ فِي صَلاَتِهِ ، فَيَقُولُ : اذْكُرْ كَذَا ، اذْكُرْ كَذَا ، وَيَأْتِيهِ عِنْدَ مَنَامِهِ فَيُنِيمُهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İki xislət var ki, onlara əməl edən müsəlman kimsə mütləq Cənnətə girər. Bu iki şey çox asan şeylərdir, lakin onlara əməl edən çox azdır”. Sonra Allah Elçisi ﷺ sözünə davam edərək buyurdu: “Sizdən hər biriniz beş namazın ardı ilə on dəfə təsbih (Subhən-Allah), on dəfə təhmid (Əlhəmdulilləh) və on dəfə təkbir (Allahu Əkbər) deyərsə, bu deyilənlər dildə yüz əlli, tərəzidə isə min beş yüz edər”. Mən Allah Elçisinin ﷺ bunları barmaqları ilə saydığını gördüm. Sonra Allah Elçisi ﷺ dedi: “Sizdən hər biriniz yatağına girdiyi zaman otuz üç dəfə “Subhən-Allah”, otuz üç dəfə “Əlhəmdulilləh” və otuz dörd dəfə “Allahu Əkbər” desin. Bu deyilənlər dildə yüz, tərəzidə isə min edər”. Allah Elçisi ﷺ buyurdu: “Elə isə sizdən hansı biriniz gecə-gündüz iki min beş yüz günah iş görür?” Səhabələrdən biri dedi: “Ey Allahın Elçisi! Necə ola bilər ki, biz bunu etməyək?” O dedi: “Sizdən biriniz namaz qılarkən şeytan gəlib ona deyər: “Filan və filan işi xatırla”. O da bu zikrləri etməz. Şeytan biriniz yatarkən yanına gəlib təsbih etmədən yatızdırar. Həmçinin, namazında gəlib təsbih etmədən əvvəl bir ehtiyacını xatırladar”.”

Abdullah ibn Amr
SəhihMüsəlmanın qalası, 249 (Kitab 128, 2)

Qeyd

ən-Nəsəi “Sunən” 1348; Əbu Davud, 5065, 5067; İbn Hibban, 2018. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2306.

الْحَارِثَ مَوْلَى عُثْمَانَ يَقُولُ جَلَسَ عُثْمَانُ يَوْماً وَجَلَسْنَا مَعَهُ فَجَاءَهُ الْمُؤَذِّنُ فَدَعَا بِمَاءٍ فِى إِنَاءٍ أَظُنُّهُ سَيَكُونُ فِيهِ مُدٌّ فَتَوَضَّأَ ثُمَّ قَالَ رَأَيْتُ رَسُو لَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ وُضُوئِى هَذَا ثُمَّ قَالَ «وَمَنْ تَوَضَّأَ وُضُوئِى ثُمَّ قَامَ فَصَلَّى صَلاَةَ الظُّهْرِ غُفِرَ لَهُ مَا كَانَ بَيْنَهَا وَبَيْنَ الصُّبْحِ ثُمَّ صَلَّى الْعَصْرَ غُفِرَ لَهُ مَا بَيْنَهَا وَبَيْنَ صَلاَةِ الظُّهْرِ ثُمَّ صَلَّى الْمَغْرِبَ غُفِرَ لَهُ مَا بَيْنَهَا وَبَيْنَ صَلاَةِ الْعَصْرِ ثُمَّ صَلَّى الْعِشَاءَ غُفِرَ لَهُ مَا بَيْنَهَا وَبَيْنَ صَلاَةِ الْمَغْرِبِ ثُمَّ لَعَلَّهُ أَنْ يَبِيتَ يَتَمَرَّغُ لَيْلَتَهُ ثُمَّ إِنْ قَامَ فَتَوَضَّأَ وَصَلَّى الصُّبْحَ غُفِرَ لَهُ مَا بَيْنَهَا وَبَيْنَ صَلاَةِ الْعِشَاءِ وَهُنَّ الْحَسَنَاتُ يُذْهِبْنَ السَّيِّئَاتِ». قَالُوا هَذِهِ الْحَسَنَاتُ فَمَا الْبَاقِيَاتُ الصَّالِحَاتُ يَا عُثْمَانُ قَالَ هُنَّ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَاللَّهُ أَكْبَرُ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ.

“Osmanın ﵁ azad etdiyi köləsi əl-Haris ﵀ demişdir: “Bir gün Osman oturdu, biz də onunla oturduq. Sonra müəzzin onun yanına gəldi və Osman bir qab su istədi. Mən güman edirəm ki, qabda bir mudd su var idi. O, dəstəmaz aldı və buyurdu: “Allah Elçisinin ﷺ mənim dəstəmaz aldığım kimi dəstəmaz aldığını gördüm. Sonra o buyurdu: “Kim mənim aldığım kimi dəstəmaz alar və Zöhr namazını qılarsa, Sübh namazı ilə Zöhr namazı arasında etdiyi günahları bağışlanar. Sonra Əsr namazını qılarsa, Zöhr ilə Əsr arası etdiyi günahları bağışlanar. Məğrib namazını qılarsa, Əsrlə Məğrib arası etdiyi günahları bağışlanar. İşa namazını qılarsa, Məğriblə İşa arası etdiyi günahları bağışlanar. Bunlar pis əməlləri silib aparan yaxşı işlərdir”. Dedilər: “Ey Osman, bu yaxşılıqlardır, bəs əbədi qalan yaxşılıqlar hansılardır?” Osman dedi: “Onlar “Lə: ilə:hə illəllah”, “Subhə:n-Allah”, “Əlhəmdulilləh”, “Alla:hu Əkbər” və “Lə: həulə va lə: quvvətə illə: billəh” kəlmələridir”.”

Osman
HəsənMüsəlmanın qalası, 250 (Kitab 128, 3)

Qeyd

Bir mudd 0,7 litrə bərabərdir. Əhməd, 513, 523. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِشَجَرَةٍ يَابِسَةِ الْوَرقِ فَضَرَبَهَا بِعَصَاهُ فَتَنَاثَرَ الْوَرقُ، فَقَالَ: «إِنَّ الْحَمْدَ للهِ وَسُبْحَانَ اللهِ وَلاَ إِلَهَ إِلاَّ اللهُ وَاللهُ اكْبَرُ، لَتُسَاقِطُ مِنْ ذُنُوبِ الْعَبْدِ، كَمَا تَسَاقَطَ وَرَقُ هَذِهِ الشَّجَرِةِ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ yarpaqları qurumuş bir ağacın yanından keçərkən əsa ilə ağaca vurdu və onun yarpaqları yerə töküldü. O buyurdu: “Həqiqətən, “əlhəmdulilləh, subhə:n-Allah, lə: ilə:hə illəllah və Alla:hu Əkbər” sözləri, bu ağacın yarpaqları töküldüyü kimi qulun günahlarını tökür”.”

Ənəs ibn Malik
HəsənMüsəlmanın qalası, 251 (Kitab 128, 4)

Qeyd

ət-Tirmizi, 3533, 3876. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 1601.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «مَا عَلَى الأَرْضِ رَجُلٌ يَقُولُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ إِلاَّ كُفِّرَتْ عَنْهُ ذُنُوبُهُ وَلَوْ كَانَتْ أَكْثَرَ مِنْ زَبَدِ الْبَحْرِ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yer üzündə: “Lə: ilə:hə illəlla:hu, valla:hu əkbəru, va subhə:n-Alla:hi, valhəmdulillə:hi, va lə: həulə va lə: quvvətə illə: billəh”– deyən elə bir adam yoxdur ki, onun günahları – dənizdəki köpüklərdən çox olsa belə, bağışlanmasın”.”

Abdullah ibn Amr
HəsənMüsəlmanın qalası, 252 (Kitab 128, 5)

Qeyd

ət-Tirmizi, 3460, 3794. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 5636.

عَنِ ابْنِ عُمَرَ أَنَّ رَجُلاً رَأَى فِيمَا يَرَى النَّائِمُ قِيلَ لَهُ بِأَىِّ شَىْءٍ أَمَرَكُمْ نَبِيُّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ أَمَرَنَا أَنْ نُسَبِّحَ ثَلاَثًا وَثَلاَثِينَ وَنَحْمَدَ ثَلاَثًا وَثَلاَثِينَ وَنُكَبِّرَ أَرْبَعًا وَثَلاَثِينَ فَتِلْكَ مِائَةٌ. قَالَ سَبِّحُوا خَمْسًا وَعِشْرِينَ وَاحْمَدُوا خَمْسًا وَعِشْرِينَ وَكَبِّرُوا خَمْسًا وَعِشْرِينَ وَهَلِّلُوا خَمْسًا وَعِشْرِينَ فَتِلْكَ مِائَةٌ فَلَمَّا أَصْبَحَ ذَكَرَ ذَلِكَ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «افْعَلُوا كَمَا قَالَ الأَنْصَارِىُّ».

“İbn Ömər ﵄ rəvayət edir ki, bir kişiyə yuxuda belə deyildi: “Peyğəmbəriniz sizə nəyi əmr etdi?” O da belə cavab verdi: “Otuz üç dəfə “Subhən-Allah”, otuz üç dəfə “Əlhəmdulilləh”, otuz dörd dəfə “Allahu Əkbər” deməyimizi əmr etdi. Bununla sayı yüz olur”. Adam dedi: “İyirmi beş dəfə “Subhən-Allah”, iyirmi beş dəfə “Əlhəmdulilləh”, iyirmi beş dəfə “Allahu Əkbər”, iyirmi beş dəfə də “Lə iləhə illəllah” deyin ki, yüz olsun!” Səhər açıldıqda, o, bunu Peyğəmbərə ﷺ danışdı. Allah Elçisi ﷺ də belə buyurdu: “Ənsarın dediyi kimi edin!””

İbn Ömər
SəhihMüsəlmanın qalası, 253 (Kitab 128, 6)

Qeyd

ən-Nəsəi “Sunən” 1351, 1359. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 973.

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ وَأَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ اللَّهَ اصْطَفَى مِنَ الْكَلاَمِ أَرْبَعاً سُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ فَمَنْ قَالَ سُبْحَانَ اللَّهِ كَتَبَ اللَّهُ لَهُ عِشْرِينَ حَسَنَةً أَوْ حَطَّ عَنْهُ عِشْرِينَ سَيِّئَةً وَمَنْ قَالَ اللَّهُ أَكْبَرُ فَمِثْلُ ذَلِكَ وَمَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ فَمِثْلُ ذَلِكَ وَمَنْ قَالَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ مِنْ قِبَلِ نَفْسِهِ كُتِبَتْ لَهُ ثَلاَثُونَ حَسَنَةً وَحُطَّ عَنْهُ ثَلاَثُونَ سَيِّئَةً».

“Əbu Səid əl-Xudri və Əbu Hureyra ﵄ rəvayət edirlər ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah (Öz qulları üçün) dörd kəlmə seçmişdir: “Subhə:n-Allah, valhəmdulilləh, lə: ilə:hə illəllah, Alla:hu Əkbər”. Kim “Subhə:n-Allah”- deyərsə, Allah ona iyirmi savab yazar və iyirmi günahını silər. Kim “Alla:hu Əkbər”- deyərsə, eynilə olar. Kim “Lə: ilə:hə illəllah”- deyərsə, eynilə olar. Kim ürəkdən “Əlhəmdulillə:hi Rabbil-a:ləmi:n! - (Aləmlərin Rəbbi olan Allaha həmd olsun!)”- deyərsə, ona otuz savab yazılar və otuz günahı silinər”.”

Əbu Səid əl-Xudri və Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 254 (Kitab 128, 7)

Qeyd

Əhməd, 7999, 11610. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1718.

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ :"مَا أَهَلَّ مُهِلٌّ قَطُّ وَلا كَبَّرَ مُكَبِّرٌ قَطُّ إِلا بُشِّرَ بِالْجَنَّةِ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Lə: ilə:hə illəllah” və “Allahu Əkbər” deyən elə bir kəs yoxdur ki, Cənnətlə müjdələnməsin”.”

Əbu Hureyra
HəsənMüsəlmanın qalası, 255 (Kitab 128, 8)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 974. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 5569.

عَنْ عَائِشَةَ تَقُولُ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّهُ خُلِقَ كُلُّ إِنْسَانٍ مِنْ بَنِى آدَمَ عَلَى سِتِّينَ وَثَلاَثِمَائَةِ مَفْصِلٍ فَمَنْ كَبَّرَ اللَّهَ وَحَمِدَ اللَّهَ وَهَلَّلَ اللَّهَ وَسَبَّحَ اللَّهَ وَاسْتَغْفَرَ اللَّهَ وَعَزَلَ حَجَرًا عَنْ طَرِيقِ النَّاسِ أَوْ شَوْكَةً أَوْ عَظْمًا عَنْ طَرِيقِ النَّاسِ وَأَمَرَ بِمَعْرُوفٍ أَوْ نَهَى عَنْ مُنْكَرٍ عَدَدَ تِلْكَ السِّتِّينَ وَالثَّلاَثِمِائَةِ السُّلاَمَى فَإِنَّهُ يَمْشِى يَوْمَئِذٍ وَقَدْ زَحْزَحَ نَفْسَهُ عَنِ النَّارِ». قَالَ أَبُو تَوْبَةَ وَرُبَّمَا قَالَ «يُمْسِى».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Adəm övladlarından olan hər bir insanda üç yüz altmış oynaq yaradılmışdır. Kim üç yüz altmış oynağın sayı qədər “Alla:hu Əkbər”, “Əlhəmdulilləh”, “Lə: ilə:hə illəllah”, “Subhə:n-Allah” desə, Allahdan bağışlanma diləsə, daşı və ya tikanı, ya da sümüyü insanların yolundan kənar etsə, yaxşı işləri əmr edib pis işlərdən çəkindirsə, o gün o, özünü Cəhənnəmdən uzaqlaşdıraraq gəzər”. Əbu Talhə dedi: “Bəlkə də: “Uzaqlaşdırılaraq gecələyər”- demişdir”.”

Aişə
SəhihMüsəlmanın qalası, 256 (Kitab 128, 9)

Qeyd

Muslim, 1007, 2377.

عَنْ أَبِي ذَرٍّ أَنَّ نَاسًا مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَا رَسُولَ اللَّهِ ذَهَبَ أَهْلُ الدُّثُورِ بِالْأُجُورِ يُصَلُّونَ كَمَا نُصَلِّي وَيَصُومُونَ كَمَا نَصُومُ وَيَتَصَدَّقُونَ بِفُضُولِ أَمْوَالِهِمْ قَالَ أَوَ لَيْسَ قَدْ جَعَلَ اللَّهُ لَكُمْ مَا تَصَّدَّقُونَ إِنَّ بِكُلِّ تَسْبِيحَةٍ صَدَقَةً وَكُلِّ تَكْبِيرَةٍ صَدَقَةً وَكُلِّ تَحْمِيدَةٍ صَدَقَةً وَكُلِّ تَهْلِيلَةٍ صَدَقَةً وَأَمْرٌ بِالْمَعْرُوفِ صَدَقَةٌ وَنَهْيٌ عَنْ مُنْكَرٍ صَدَقَةٌ وَفِي بُضْعِ أَحَدِكُمْ صَدَقَةٌ قَالُوا يَا رَسُولَ اللَّهِ أَيَأتِي أَحَدُنَا شَهْوَتَهُ وَيَكُونُ لَهُ فِيهَا أَجْرٌ قَالَ أَرَأَيْتُمْ لَوْ وَضَعَهَا فِي حَرَامٍ أَكَانَ عَلَيْهِ فِيهَا وِزْرٌ فَكَذَلِكَ إِذَا وَضَعَهَا فِي الْحَلَالِ كَانَ لَهُ أَجْرًا

“Əbu Zərdən ﵁ rəvayət edildiyinə görə, səhabələrdən olan bir dəstə insan Allah Elçisinə ﷺ dedilər: “Ey Allahın Elçisi! Sərvət sahibləri çoxlu savab qazanırlar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruc tutur və həm də mallarının artıq olanını sədəqə verirlər”. Allah Elçisi ﷺ buyurdu: “Məgər Allah sizin üçün sədəqələr təyin etməyibmi? Həqiqətən, hər təsbih (Subhən-Allah) sədəqədir, hər təkbir (Allahu Əkbər) sədəqədir, hər təhmid (Əlhəmdulilləh) sədəqədir və hər təhlil (Lə iləhə illəllah) sədəqədir. Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək də sədəqədir. Hətta sizdən birinizin zövcəsilə yaxınlıq etməsində sədəqə əcri var”. Dedilər: “Ey Allahın Elçisi! Birimiz öz şəhvətinin istədiyini yerinə yetirərkən əcr qazanmış olur?” Allah Elçisi ﷺ buyurdu: “Söyləyin görüm!? O kimsə şəhvətinin istədiyini haram ilə yerinə yetirərsə, ona günah olmayacaqdımı? Eləcə də şəhvətinin istədiyini halal ilə yerinə yetirərsə, əcr qazanmış olur”.”

Əbu Zərr
SəhihMüsəlmanın qalası, 257 (Kitab 128, 10)

Qeyd

Muslim, 1006, 2376.

عَنْ أُمِّ هَانِئٍ بِنْتِ أَبِى طَالِبٍ قَالَ قَالَتْ مَرَّ بِى ذَاتَ يَوْمٍ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنِّى قَدْ كَبِرْتُ وَضَعُفْتُ - أَوْ كَمَا قَالَتْ - فَمُرْنِى بِعَمَلٍ أَعْمَلُهُ وَأَنَا جَالِسَةٌ. قَالَ «سَبِّحِى اللَّهَ مِائَةَ تَسْبِيحَةٍ فَإِنَّهَا تَعْدِلُ لَكِ مِائَةَ رَقَبَةٍ تُعْتِقِيهَا مِنْ وَلَدِ إِسْمَاعِيلَ وَاحْمَدِى اللَّهَ مِائَةَ تَحْمِيدَةٍ تَعْدِلُ لَكِ مِائَةَ فَرَسٍ مُسْرَجَةٍ مُلْجَمَةٍ تَحْمِلِينَ عَلَيْهَا فِى سَبِيلِ اللَّهِ وَكَبِّرِى اللَّهَ مِائَةَ تَكْبِيرَةٍ فَإِنَّهَا تَعْدِلُ لَكِ مِائَةَ بَدَنَةٍ مُقَلَّدَةٍ مُتَقَبَّلَةٍ وَهَلِّلِى اللَّهَ مِائَةَ تَهْلِيلَةٍ - قَالَ ابْنُ خَلَفٍ أَحْسِبُهُ قَالَ - تَمْلأُ مَا بَيْنَ السَّمَاءِ وَالأَرْضِ وَلاَ يُرْفَعُ يَوْمَئِذٍ لأَحَدٍ عَمَلٌ إِلاَّ أَنْ يَأْتِىَ بِمِثْلِ مَا أَتَيْتِ بِهِ».

“Rəvayət edilir ki, Ummu Həni bint Əbu Talib ﵂ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ mənə baş çəkməyə gəldi və mən ona dedim: “Mən artıq yaşa dolmuşam, qocalıq məni əldən salıb. Mənə elə bir əməl öyrət ki, mən oturduğum yerdə ona əməl edim”. Allah Elçisi ﷺ buyurdu: “Yüz dəfə “subhən-Allah” de, bu, sənin üçün İsmayıl ﵇ nəslindən yüz kölə azad etməyə bərabər olacaq. Yüz dəfə “əlhəmdulilləh” de, bu, sənin üçün Allah yolunda döyüşənlərin mindiyi, yəhərlənmiş və yüyənlənmiş yüz ata bərabər olacaq. Yüz dəfə “Allahu əkbər” de, bu, sənin üçün qurban kəsilmiş və Allah tərəfindən qəbul edilmiş yüz dəvəyə bərabər olacaq. Yüz dəfə “Lə ilə:hə illəllah” de”. Hədisin ravilərindən biri olan İbn Xələf dedi: “Zənnimcə Allah Elçisi ﷺ belə buyurdu: “Bu, sənin üçün yerlə göy arasını savabla dolduracaq. Bu zikri etdiyin gün – həmin zikri edən kimsə istisna olmaqla – heç kəsin savabı səninkindən çox olmayacaq”.”

Ummu Həni bint Əbu Talib
HəsənMüsəlmanın qalası, 258 (Kitab 128, 11)

Qeyd

Əhməd, 26956, 27670. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1316.

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِهِ وَهُوَ يَغْرِسُ غَرْسًا فَقَالَ: «يَا أَبَا هُرَيْرَةَ مَا الَّذِى تَغْرِسُ؟». قُلْتُ: غِرَاسًا لِى. قَالَ: «أَلاَ أَدُلُّكَ عَلَى غِرَاسٍ خَيْرٍ لَكَ مِنْ هَذَا؟». قَالَ: بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ: «قُلْ: سُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ، يُغْرَسْ لَكَ بِكُلِّ وَاحِدَةٍ شَجَرَةٌ فِى الْجَنَّةِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ ağac əkərkən Allah Elçisi ﷺ onun yanından keçərək belə buyurdu: “Ey Əbu Hureyra, əkdiyin nədir?” Əbu Hureyra dedi: “Özüm üçün ağac əkirəm”. Allah Elçisi ﷺ buyurdu: “Sənin üçün bundan daha xeyirli əkiləcək ağac göstərimmi?” Əbu Hureyra dedi: “Göstər, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “De: “Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah, Allahu Əkbər!” Belə desən hər kəlməyə görə Cənnətdə sənin üçün bir ağac əkilər”.”

Əbu Hureyra
HəsənMüsəlmanın qalası, 259 (Kitab 128, 12)

Qeyd

İbn Məcə, 3807, 3939. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1549.

حَدَّثَنِى مُصْعَبُ بْنُ سَعْدٍ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لِجُلَسَائِهِ «أَيَعْجِزُ أَحَدُكُمْ أَنْ يَكْسِبَ أَلْفَ حَسَنَةٍ». فَسَأَلَهُ سَائِلٌ مِنْ جُلَسَائِهِ كَيْفَ يَكْسِبُ أَحَدُنَا أَلْفَ حَسَنَةٍ قَالَ «يُسَبِّحُ أَحَدُكُمْ مِائَةَ تَسْبِيحَةٍ تُكْتَبُ لَهُ أَلْفُ حَسَنَةٍ وَتُحَطُّ عَنْهُ أَلْفُ سَيِّئَةٍ».

“Musab ibn Səd atasından ﵁ rəvayət edərək belə demişdir: “Allah Elçisi ﷺ yanında oturanlara buyurdu: “Sizdən biriniz min savab qazanmağa acizsinizmi?” Yanında oturanlardan biri soruşdu: “Biz min savabı necə qazana bilərik?” Allah Elçisi ﷺ buyurdu: “Biriniz yüz dəfə “təsbih” etdikdə (“Subhən-Allah” dedikdə), onun üçün min savab yazılar və min günahı silinər”.”

Musab ibn Səd atasından
SəhihMüsəlmanın qalası, 260 (Kitab 128, 13)

Qeyd

ət-Tirmizi, 3463, 3799; Muslim, 4866, 7027.

عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ مِمَّا تَذْكُرونَ مِنْ جَلالِ اللهِ التَّسْبِيحَ وَالتَّهْلِيلَ وَالتَّحْمِيدَ، يَنْعَطِفْنَ حَولَ الْعَرشِ، لَهُنَّ دَوِيٌّ كَدَوِيِّ النَّحْلِ، تُذَكِّرُ بِصَاحِبِهَا، أَمَا يُحِبُّ أَحَدُكُمْ أَنْ يَكُونَ لَهُ أَوْ: لاَ يَزَالُ لَهُ مَنْ يُذَكِّرُ بِهِ».

“Rəvayət edilir ki, Numan ibn Bəşir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, söylədiyiniz təsbih (Subhən-Allah), təhlil (Lə: ilə:hə illəllah) və təhmid (Əlhəmdulilləh) kəlmələri Allahın ucalığını ifadə edən zikrlərdir. Onlar Ərşin ətrafında fırlanır, bal arısının vızıltısı kimi səsləri olur və öz sahiblərini yad edirlər. İstəmirsiniz ki, davamlı şəkildə sizin adınızı zikr edənlər olsun?!””

Numan ibn Bəşir
SəhihMüsəlmanın qalası, 261 (Kitab 128, 14)

Qeyd

Yəni onlar zikr edənin adını çəkir və Allah yanında onun üçün şahidlik edirlər. İbn Məcə, 3809, 3941. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3358.