عَنْ أُمِّ هَانِئٍ بِنْتِ أَبِى طَالِبٍ قَالَ قَالَتْ مَرَّ بِى ذَاتَ يَوْمٍ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنِّى قَدْ كَبِرْتُ وَضَعُفْتُ - أَوْ كَمَا قَالَتْ - فَمُرْنِى بِعَمَلٍ أَعْمَلُهُ وَأَنَا جَالِسَةٌ. قَالَ «سَبِّحِى اللَّهَ مِائَةَ تَسْبِيحَةٍ فَإِنَّهَا تَعْدِلُ لَكِ مِائَةَ رَقَبَةٍ تُعْتِقِيهَا مِنْ وَلَدِ إِسْمَاعِيلَ وَاحْمَدِى اللَّهَ مِائَةَ تَحْمِيدَةٍ تَعْدِلُ لَكِ مِائَةَ فَرَسٍ مُسْرَجَةٍ مُلْجَمَةٍ تَحْمِلِينَ عَلَيْهَا فِى سَبِيلِ اللَّهِ وَكَبِّرِى اللَّهَ مِائَةَ تَكْبِيرَةٍ فَإِنَّهَا تَعْدِلُ لَكِ مِائَةَ بَدَنَةٍ مُقَلَّدَةٍ مُتَقَبَّلَةٍ وَهَلِّلِى اللَّهَ مِائَةَ تَهْلِيلَةٍ - قَالَ ابْنُ خَلَفٍ أَحْسِبُهُ قَالَ - تَمْلأُ مَا بَيْنَ السَّمَاءِ وَالأَرْضِ وَلاَ يُرْفَعُ يَوْمَئِذٍ لأَحَدٍ عَمَلٌ إِلاَّ أَنْ يَأْتِىَ بِمِثْلِ مَا أَتَيْتِ بِهِ».
“Rəvayət edilir ki, Ummu Həni bint Əbu Talib ﵂ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ mənə baş çəkməyə gəldi və mən ona dedim: “Mən artıq yaşa dolmuşam, qocalıq məni əldən salıb. Mənə elə bir əməl öyrət ki, mən oturduğum yerdə ona əməl edim”. Allah Elçisi ﷺ buyurdu: “Yüz dəfə “subhən-Allah” de, bu, sənin üçün İsmayıl ﵇ nəslindən yüz kölə azad etməyə bərabər olacaq. Yüz dəfə “əlhəmdulilləh” de, bu, sənin üçün Allah yolunda döyüşənlərin mindiyi, yəhərlənmiş və yüyənlənmiş yüz ata bərabər olacaq. Yüz dəfə “Allahu əkbər” de, bu, sənin üçün qurban kəsilmiş və Allah tərəfindən qəbul edilmiş yüz dəvəyə bərabər olacaq. Yüz dəfə “Lə ilə:hə illəllah” de”. Hədisin ravilərindən biri olan İbn Xələf dedi: “Zənnimcə Allah Elçisi ﷺ belə buyurdu: “Bu, sənin üçün yerlə göy arasını savabla dolduracaq. Bu zikri etdiyin gün – həmin zikri edən kimsə istisna olmaqla – heç kəsin savabı səninkindən çox olmayacaq”.”
Qeyd
Əhməd, 26956, 27670. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1316.
İstinad
Müsəlmanın qalası, 258 (Kitab 128, 11)
Hədislərlə müsəlmanın qalası — Bəzi zikrlərin fəziləti haqda