بِسْمِ اللهِ، الْحَمْدُ للهِ }سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ{ الْحَمْدُ للهِ، الْحَمْدُ للهِ، الْحَمْدُ للهِ، اللهُ أَكْبَرُ، اللهُ أَكْبَرُ، اللهُ أَكْبَرُ، سُبْحَانَكَ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ
Bismilləh! Əlhəmdulilləh! “Subhə:nəlləzi: səxxara lənə: hə:zə va mə: kunnə: ləhu: muqrini:n. Va innə: ilə: Rabbinə: ləmunqalibu:n”. Əlhəmdulilləh, əlhəmdulilləh, əlhəmdulilləh! Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər! Subhə:nəkə inni: zaləmtu nəfsi: fəğfirli:, fəinnəhu lə: yəğfiruz-zunu:bə illə: ənt!
Allahın adı ilə! Allaha həmd olsun! “Bunu bizə tabe edən Allah pak və müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq”. Allaha həmd olsun, Allaha həmd olsun, Allaha həmd olsun! Allah ən Böyükdür, Allah ən Böyükdür, Allah ən Böyükdür! Allahım, Sən pak və müqəddəssən! Mən özümə zülm etdim. Məni bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlayırsan!
Hədis
عَنْ عَلِىِّ بْنِ رَبِيعَةَ قَالَ شَهِدْتُ عَلِيًّا وَأُتِىَ بِدَابَّةٍ لِيَرْكَبَهَا فَلَمَّا وَضَعَ رِجْلَهُ فِى الرِّكَابِ قَالَ بِسْمِ اللَّهِ فَلَمَّا اسْتَوَى عَلَى ظَهْرِهَا قَالَ الْحَمْدُ لِلَّهِ ثُمَّ قَالَ {سُبْحَانَ الَّذِى سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ} ثُمَّ قَالَ الْحَمْدُ لِلَّهِ. ثَلاَثَ مَرَّاتٍ. ثُمَّ قَالَ اللَّهُ أَكْبَرُ. ثَلاَثَ مَرَّاتٍ ثُمَّ قَالَ سُبْحَانَكَ إِنِّى ظَلَمْتُ نَفْسِى فَاغْفِرْ لِى فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ. ثُمَّ ضَحِكَ فَقِيلَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ مِنْ أَىِّ شَىْءٍ ضَحِكْتَ قَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَعَلَ كَمَا فَعَلْتُ ثُمَّ ضَحِكَ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ مِنْ أَىِّ شَىْءٍ ضَحِكْتَ قَالَ «إِنَّ رَبَّكَ يَعْجَبُ مِنْ عَبْدِهِ إِذَا قَالَ اغْفِرْ لِى ذُنُوبِى يَعْلَمُ أَنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ غَيْرِى».
“Rəvayət edilir ki, Əli ibn Rabia ﵀ demişdir: “Mən Əlinin ona gətirilən heyvana minməsini müşahidə etdim. O, ayağını miniyə qoyarkən dedi: “Allahın adı ilə!” Miniyin belinə mindikdən sonra isə: “Allaha həmd olsun!”- dedi. Sonra isə bu duanı oxudu: “Bunu bizə tabe edən Allah pak və müqəddəsdir, yoxsa bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq”. (əz-Zuxruf, 13-14). Sonra üç dəfə Allaha həmd edib, üç dəfə təkbir gətirdi. Bunun ardınca bu duanı etdi: “Allahım, Sən pak və müqəddəssən! Mən özümə zülm etdim. Məni bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlayırsan!” Sonra güldü. Ondan soruşdular: “Ey möminlərin əmiri! Nəyə gülürsən?” Dedi: “Mən Peyğəmbərin ﷺ mənim kimi edib, sonra güldüyünü gördüm və ondan soruşdum: “Ey Allahın Elçisi! Nəyə görə gülürsən?“ O dedi: “Sənin Rəbbin Ondan başqa günahları bağışlayan olmadığını anladığı halda qulun: “Mənim günahlarımı bağışla!”- dediyinə təəccüb edir”.”
Qeyd
Əbu Davud, 2602, 2604. Hədis səhihdir. Bax: Səhih Sunən Əbu Davud, 2324.