Hədislərlə müsəlmanın qalasıDüşmən və ixtiyar sahibi ilə rastlaşarkən edilən dua

Kitab 38

Düşmən və ixtiyar sahibi ilə rastlaşarkən edilən dua

3

hədis

Dua

اللَّهُمَّ إِنَّا نَجْعَلُكَ فِي نُحُورِهِمْ وَنَعُوذُ بِكَ مِنْ شُرُورِهِمْ

Alla:hummə, innə: nəc alukə fi: nuhu:rihim va nəu:zu bikə min şuru:rihim!

Allahım, onların yaxasını Sənə tapşırırıq və onların şərindən Sənə sığınırıq!

Hədis

عَنْ أَبِى بُرْدَةَ بْنِ عَبْدِ اللَّهِ أَنَّ أَبَاهُ حَدَّثَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا خَافَ قَوْمًا قَالَ « اللَّهُمَّ إِنَّا نَجْعَلُكَ فِى نُحُورِهِمْ وَنَعُوذُ بِكَ مِنْ شُرُورِهِمْ ».

“Əbu Burdə ibn Abdullah atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir qövmdən qorxduğu zaman deyərdi: “Allahım, onların yaxasını Sənə tapşırırıq və onların şərindən Sənə sığınırıq!””

Əbu Burdə ibn Abdullah atasından
SəhihMüsəlmanın qalası, 132 (Kitab 38, 1)

Qeyd

Əbu Davud, 1537, 1539. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4706.

Dua

اللَّهُمَّ أَنْتَ عَضُدِي، وَأَنْتَ نَصِيرِي، بِكَ أَجُولُ، وَبِكَ أَصُولُ، وَبِكَ أُقَاتِلُ

Alla:hummə, əntə adudi: va əntə nəsi:ri:, bikə əcu:lu va bikə əsu:lu va bikə uqa:tilu!

Allahım, dayağım Sənsən, köməyim Sənsən! Sənin sayəndə hərəkət edir, Sənin sayəndə (düşmənin üstünə) atılır və Sənin sayəndə vuruşuram!

Hədis

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا غَزَا قَالَ « اللَّهُمَّ أَنْتَ عَضُدِى وَنَصِيرِى بِكَ أَحُولُ وَبِكَ أَصُولُ وَبِكَ أُقَاتِلُ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ döyüşə çıxdıqda belə deyərdi: “Allahım, dayağım Sənsən, köməyim Sənsən! Sənin sayəndə hərəkət edir, Sənin sayəndə (düşmənin üstünə) atılır və Sənin sayəndə vuruşuram!””

Ənəs ibn Malik
SəhihMüsəlmanın qalası, 133 (Kitab 38, 2)

Qeyd

Əbu Davud, 2632, 2634. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4757.

Dua

حَسْبُنَا اللهُ وَنِعْمَ الْوَكِيلُ

Həsbunəlla:hu va ni'məl-vəki:l!

Allah bizə bəs edər, O nə gözəl Vəkildir!

Hədis

عَنْ ابْنِ عَبَّاسٍ {حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ} قَالَهَا إِبْرَاهِيمُ عَلَيْهِ السَّلَام حِينَ أُلْقِيَ فِي النَّارِ وَقَالَهَا مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ قَالُوا {إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَانًا وَقَالُوا حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ}

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” (Ali-İmran, 173) – sözlərini İbrahim ﵇ oda atıldığı zaman demişdir. Bu sözü, həmçinin Peyğəmbər ﷺ və onun səhabələri demişlər. O zaman ki: “Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”- dedilər” (Ali-İmran, 173)”.”

İbn Abbas
SəhihMüsəlmanın qalası, 134 (Kitab 38, 3)

Qeyd

əl-Buxari, 4197, 4563.