Düşmən və ixtiyar sahibi ilə rastlaşarkən edilən dua
Dua

اللَّهُمَّ أَنْتَ عَضُدِي، وَأَنْتَ نَصِيرِي، بِكَ أَجُولُ، وَبِكَ أَصُولُ، وَبِكَ أُقَاتِلُ

Alla:hummə, əntə adudi: va əntə nəsi:ri:, bikə əcu:lu va bikə əsu:lu va bikə uqa:tilu!

Allahım, dayağım Sənsən, köməyim Sənsən! Sənin sayəndə hərəkət edir, Sənin sayəndə (düşmənin üstünə) atılır və Sənin sayəndə vuruşuram!

Hədis

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا غَزَا قَالَ « اللَّهُمَّ أَنْتَ عَضُدِى وَنَصِيرِى بِكَ أَحُولُ وَبِكَ أَصُولُ وَبِكَ أُقَاتِلُ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ döyüşə çıxdıqda belə deyərdi: “Allahım, dayağım Sənsən, köməyim Sənsən! Sənin sayəndə hərəkət edir, Sənin sayəndə (düşmənin üstünə) atılır və Sənin sayəndə vuruşuram!””

Ənəs ibn Malik
Səhih

Qeyd

Əbu Davud, 2632, 2634. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4757.

İstinad

Müsəlmanın qalası, 133 (Kitab 38, 2)

Hədislərlə müsəlmanın qalası — Düşmən və ixtiyar sahibi ilə rastlaşarkən edilən dua