Düşmən və ixtiyar sahibi ilə rastlaşarkən edilən dua
Dua

حَسْبُنَا اللهُ وَنِعْمَ الْوَكِيلُ

Həsbunəlla:hu va ni'məl-vəki:l!

Allah bizə bəs edər, O nə gözəl Vəkildir!

Hədis

عَنْ ابْنِ عَبَّاسٍ {حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ} قَالَهَا إِبْرَاهِيمُ عَلَيْهِ السَّلَام حِينَ أُلْقِيَ فِي النَّارِ وَقَالَهَا مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ قَالُوا {إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَانًا وَقَالُوا حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ}

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” (Ali-İmran, 173) – sözlərini İbrahim ﵇ oda atıldığı zaman demişdir. Bu sözü, həmçinin Peyğəmbər ﷺ və onun səhabələri demişlər. O zaman ki: “Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”- dedilər” (Ali-İmran, 173)”.”

İbn Abbas
Səhih

Qeyd

əl-Buxari, 4197, 4563.

İstinad

Müsəlmanın qalası, 134 (Kitab 38, 3)

Hədislərlə müsəlmanın qalası — Düşmən və ixtiyar sahibi ilə rastlaşarkən edilən dua