Hədislərlə müsəlmanın qalasıNamaz qılarkən yaxud Quran oxuyarkən gələn vəsvəsəyə qarşı edilən dua

Kitab 44

Namaz qılarkən yaxud Quran oxuyarkən gələn vəsvəsəyə qarşı edilən dua

2

hədis

Dua

أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

Əu:zu billə:hi minəş-şeyta:nir-raci:m!

“Lənətlənmiş şeytandan Allaha sığınıram!”- deyib sol tərəfə üç dəfə azca tüpürmək lazımdır.

Hədis

عَنْ أَبِى الْعَلاَءِ أَنَّ عُثْمَانَ بْنَ أَبِى الْعَاصِ أَتَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ الشَّيْطَانَ قَدْ حَالَ بَيْنِى وَبَيْنَ صَلاَتِى وَقِرَاءَتِى يَلْبِسُهَا عَلَىَّ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « ذَاكَ شَيْطَانٌ يُقَالُ لَهُ خِنْزِبٌ فَإِذَا أَحْسَسْتَهُ فَتَعَوَّذْ بِاللَّهِ مِنْهُ وَاتْفِلْ عَلَى يَسَارِكَ ثَلاَثًا ». قَالَ فَفَعَلْتُ ذَلِكَ فَأَذْهَبَهُ اللَّهُ عَنِّى.

“Əbu əl-Aləi ﵀ rəvayət edir ki, Osman ibn Əbul-As Peyğəmbərin ﷺ yanına gələrək belə dedi: “Ey Allahın Elçisi, şeytan mənimlə namazımın arasına girdi və qiraətimdə çaşqınlıq yaratdı”. Peyğəmbər ﷺ belə buyurdu: “Bu şeytana “Xinzəb” deyilir. Onu hiss etdiyin vaxt, ondan Allaha sığın və sol tərəfinə üç dəfə tüpür!” Mən də belə etdim və Allah onu məndən uzaqlaşdırdı”.”

Əbu əl-Aləi
SəhihMüsəlmanın qalası, 143 (Kitab 44, 1)

Qeyd

Muslim, 4083, 5868.

Dua

أَعُوذُ بِاللَّهِ السَّمِيعِ الْعَلِيمِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ مِنْ هَمْزِهِ وَنَفْخِهِ وَنَفْثِهِ

Əu:zu billə:his-Səmi:u'l-Ali:m minəş-şeyta:nir-raci:m, min həmzihi və nəfxihi və nəfsih!

Lənətlənmiş şeytandan, (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən və təlqin etdiyi batil şeylərdən Allaha sığınıram!

Hədis

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنَ اللَّيْلِ كَبَّرَ ثُمَّ يَقُولُ «سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ وَتَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُّكَ وَلاَ إِلَهَ غَيْرُكَ». ثُمَّ يَقُولُ «لاَ إِلَهَ إِلاَّ اللَّهُ». ثَلاَثًا ثُمَّ يَقُولُ «اللَّهُ أَكْبَرُ كَبِيرًا». ثَلاَثًا «أَعُوذُ بِاللَّهِ السَّمِيعِ الْعَلِيمِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ مِنْ هَمْزِهِ وَنَفْخِهِ وَنَفْثِهِ». ثُمَّ يَقْرَأُ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ gecə namazına qalxdıqda təkbir edər, sonra belə deyərdi: “Allahım, Sən pak və müqəddəssən, Sənə həmd olsun, Sənin adın mübarək, Əzəmətin ucadır. Səndən başqa ibadətə layiq məbud yoxdur! – (Subhə:nəkə Alla:hummə və bihəmdik, və təbə:rakə ismuk, və təa:lə cədduk, və lə: ilə:hə ğayruk!)”. Sonra üç dəfə “Lə: ilə:hə illəllah” və üç dəfə “Alla:hu Əkbər kəbi:ran (Allah böyüklükdə ən Böyükdür)” deyərdi. Sonra isə “Lənətlənmiş şeytandan, (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən və (təlqin etdiyi batil) şeylərindən Allaha sığınıram! – (Əu:zu billə:his-Səmi:u'l-Ali:m minəş-şeyta:nir-raci:m, min həmzihi və nəfxihi və nəfsih!)”- deyər, sonra da qiraət edərdi”.”

Əbu Səid əl-Xudri
SəhihMüsəlmanın qalası, 144 (Kitab 44, 2)

Qeyd

Əbu Davud, 775; İbn Xuzeymə, 467. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1217.