أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
Əu:zu billə:hi minəş-şeyta:nir-raci:m!
“Lənətlənmiş şeytandan Allaha sığınıram!”- deyib sol tərəfə üç dəfə azca tüpürmək lazımdır.
Hədis
عَنْ أَبِى الْعَلاَءِ أَنَّ عُثْمَانَ بْنَ أَبِى الْعَاصِ أَتَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ الشَّيْطَانَ قَدْ حَالَ بَيْنِى وَبَيْنَ صَلاَتِى وَقِرَاءَتِى يَلْبِسُهَا عَلَىَّ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « ذَاكَ شَيْطَانٌ يُقَالُ لَهُ خِنْزِبٌ فَإِذَا أَحْسَسْتَهُ فَتَعَوَّذْ بِاللَّهِ مِنْهُ وَاتْفِلْ عَلَى يَسَارِكَ ثَلاَثًا ». قَالَ فَفَعَلْتُ ذَلِكَ فَأَذْهَبَهُ اللَّهُ عَنِّى.
“Əbu əl-Aləi ﵀ rəvayət edir ki, Osman ibn Əbul-As Peyğəmbərin ﷺ yanına gələrək belə dedi: “Ey Allahın Elçisi, şeytan mənimlə namazımın arasına girdi və qiraətimdə çaşqınlıq yaratdı”. Peyğəmbər ﷺ belə buyurdu: “Bu şeytana “Xinzəb” deyilir. Onu hiss etdiyin vaxt, ondan Allaha sığın və sol tərəfinə üç dəfə tüpür!” Mən də belə etdim və Allah onu məndən uzaqlaşdırdı”.”
Qeyd
Muslim, 4083, 5868.
İstinad
Müsəlmanın qalası, 143 (Kitab 44, 1)
Hədislərlə müsəlmanın qalası — Namaz qılarkən yaxud Quran oxuyarkən gələn vəsvəsəyə qarşı edilən dua