اللَّهُمَّ اكْفِنِي بِحَلاَلِكَ عَنْ حَرَامِكَ وَ أَغْنِنِي بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ
Alla:humməkfini: bihələ:likə an həra:mikə va əğnini: bifədlikə ammən sivə:k!
Allahım, məni Öz halalınla kifayətləndirib haramına möhtac etmə! Məni Öz lütfünlə Özündən başqasına möhtac etmə!
Hədis
عَنْ عَلِىٍّ أَنَّ مُكَاتَبًا جَاءَهُ فَقَالَ إِنِّى قَدْ عَجَزْتُ عَنْ كِتَابَتِى فَأَعِنِّى. قَالَ أَلاَ أُعَلِّمُكَ كَلِمَاتٍ عَلَّمَنِيهِنَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَوْ كَانَ عَلَيْكَ مِثْلُ جَبَلِ صِيرٍ دَيْنًا أَدَّاهُ اللَّهُ عَنْكَ قَالَ «قُلِ اللَّهُمَّ اكْفِنِى بِحَلاَلِكَ عَنْ حَرَامِكَ وَأَغْنِنِى بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ».
“Əli ﵁ rəvayət edir ki, bir kölə onun yanına gəlib belə dedi: “Köləlikdən azad olmaq üçün borcumu ödəməyə acizəm, mənə yardım et!” Əli dedi: “Allah Elçisinin ﷺ mənə öyrətdiyi bəzi kəlmələri sənə öyrədimmi? Siyr dağı boyda borcun olsa belə Allah onu sənə ödətdirər. Belə dua et: “Allahım! Məni Öz halalınla kifayətləndirib haramına möhtac etmə! Məni Öz lütfünlə Özündən başqasına möhtac etmə!””
Qeyd
ət-Tirmizi, 3563, 3911. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 266.
İstinad
Müsəlmanın qalası, 142 (Kitab 43, 1)
Hədislərlə müsəlmanın qalası — Borcdan qurtarmaq üçün edilən dua