اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أُشْرِكَ بِكَ وَأَنَا أَعْلَمُ، وَأَسْتَغْفِرُكَ لِمَا لاَ أَعْلَمُ
Alla:hummə, inni: əu:zu bikə ən uşrikə bikə va ənə: ə'ləmu, va əstəğfirukə limə: lə: ə'ləmu!
Allahım, bilərəkdən Sənə şərik qoşmaqdan Sənə sığınıram və bilməyib etdiyim şirkə görə Səndən bağışlanma diləyirəm!
Hədis
عَنْ مَعْقِلَ بْنَ يَسَارٍ يَقُولُ: انْطَلَقْتُ مَعَ أَبِي بَكْرٍ الصِّدِّيقِ رَضِيَ اللَّهُ عَنْهُ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا أَبَا بَكْرٍ، لَلشِّرْكُ فِيكُمْ أَخْفَى مِنْ دَبِيبِ النَّمْلِ، فَقَالَ أَبُو بَكْرٍ: وَهَلِ الشِّرْكُ إِلاَّ مَنْ جَعَلَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ؟ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: وَالَّذِي نَفْسِي بِيَدِهِ، لَلشِّرْكُ أَخْفَى مِنْ دَبِيبِ النَّمْلِ، أَلاَ أَدُلُّكَ عَلَى شَيْءٍ إِذَا قُلْتَهُ ذَهَبَ عَنْكَ قَلِيلُهُ وَكَثِيرُهُ؟ قَالَ: قُلِ: اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أُشْرِكَ بِكَ وَأَنَا أَعْلَمُ، وَأَسْتَغْفِرُكَ لِمَا لا أَعْلَمُ.
“Rəvayət edilir ki, Məqil ibn Yəsar ﵁ demişdir: “Bir gün mən Əbu Bəkr əs-Siddiq ﵁ ilə birgə Peyğəmbərin ﷺ yanına getdim. Peyğəmbər ﷺ dedi: “Ey Əbu Bəkr! Şirk sizin aranızda qarışqanın ayaq səsindən daha gizlindir”. Əbu Bəkr dedi: “Məgər şirk Allahla yanaşı başqa bir məbud qəbul etmək deyilmi?” Peyğəmbər ﷺ buyurdu: “Canım Əlində Olana and olsun ki, şirk qarışqanın ayaq səsindən daha gizlindir. Sənə elə bir şey öyrədimmi ki, onu dediyin zaman şirkin azı da, çoxu da səndən uzaq olsun?” Sonra o, davam edib buyurdu: “De: “Allahım, bilərəkdən Sənə şərik qoşmaqdan Sənə sığınıram və bilməyib etdiyim şirkə görə Səndən bağışlanma diləyirəm!””
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 716. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3731.