عَنْ جَدَّتِهَا يُسَيْرَةَ وَكَانَتْ مِنَ الْمُهَاجِرَاتِ قَالَتْ قَالَ لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «عَلَيْكُنَّ بِالتَّسْبِيحِ وَالتَّهْلِيلِ وَالتَّقْدِيسِ وَاعْقِدْنَ بِالأَنَامِلِ فَإِنَّهُنَّ مَسْئُولاَتٌ مُسْتَنْطَقَاتٌ وَلاَ تَغْفُلْنَ فَتَنْسَيْنَ الرَّحْمَةَ»
“Rəvayət edilir ki, Mühacir qadınlardan olan Yuseyra ﵂ belə demişdir: “Allah Elçisi ﷺ bizə belə tövsiyə etdi: “Təhlil (lə: ilə:hə illəllah), təqdis, təsbih (Subhə:n-Allah) etdiyiniz zaman barmaq buğumları ilə edin. Həqiqətən, (Qiyamət günü) onlar soruşulacaq və dilə gələcəklər. Mərhəməti unudub qafillərdən olmayın”.”
Qeyd
Allahı müqəddəs tutub şəninə təriflər demək.
ət-Tirmizi, 2932, 3583. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 2316.