Hədislərlə müsəlmanın qalasıHavanın açılması üçün edilən dua

Kitab 67

Havanın açılması üçün edilən dua

1

hədis

Dua

اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا. اللَّهُمَّ عَلَى اْلآكَامِ وَالظِّرَابِ، وَبُطُونِ اْلأَوْدِيَةِ، وَمَنَابِتِ الشَّجَرِ

Alla:hummə, həvə:leynə: valə: aleynə! Alla:hummə, aləl-ə:kə:mi vaz-zira:bi va butu:nil-əudiyəti va mənə:bitiş-şəcəri!

Allahım, üzərimizə deyil, ətrafımıza (yağdır). Allahım, təpələrə, dağlara, vadilərə və ağac bitən yerlərə (yağdır)!

Hədis

عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَجُلاً دَخَلَ الْمَسْجِدَ يَوْمَ جُمُعَةٍ مِنْ بَابٍ كَانَ نَحْوَ دَارِ الْقَضَاءِ ، وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يَخْطُبُ ، فَاسْتَقْبَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمًا ثُمَّ قَالَ يَا رَسُولَ اللَّهِ هَلَكَتِ الأَمْوَالُ وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ يُغِيثُنَا فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ ثُمَّ قَالَ « اللَّهُمَّ أَغِثْنَا ، اللَّهُمَّ أَغِثْنَا ، اللَّهُمَّ أَغِثْنَا » . قَالَ أَنَسٌ وَلاَ وَاللَّهِ مَا نَرَى فِى السَّمَاءِ مِنْ سَحَابٍ ، وَلاَ قَزَعَةً ، وَمَا بَيْنَنَا وَبَيْنَ سَلْعٍ مِنْ بَيْتٍ وَلاَ دَارٍ . قَالَ فَطَلَعَتْ مِنْ وَرَائِهِ سَحَابَةٌ مِثْلُ التُّرْسِ ، فَلَمَّا تَوَسَّطَتِ السَّمَاءَ انْتَشَرَتْ ثُمَّ أَمْطَرَتْ ، فَلاَ وَاللَّهِ مَا رَأَيْنَا الشَّمْسَ سِتًّا ، ثُمَّ دَخَلَ رَجُلٌ مِنْ ذَلِكَ الْبَابِ فِى الْجُمُعَةِ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يَخْطُبُ ، فَاسْتَقْبَلَهُ قَائِمًا فَقَالَ يَا رَسُولَ اللَّهِ هَلَكَتِ الأَمْوَالُ وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ يُمْسِكْهَا عَنَّا . قَالَ فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ ثُمَّ قَالَ « اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا ، اللَّهُمَّ عَلَى الآكَامِ وَالظِّرَابِ وَبُطُونِ الأَوْدِيَةِ وَمَنَابِتِ الشَّجَرِ » . قَالَ فَأَقْلَعَتْ وَخَرَجْنَا نَمْشِى فِى الشَّمْسِ . قَالَ شَرِيكٌ سَأَلْتُ أَنَسَ بْنَ مَالِكٍ أَهُوَ الرَّجُلُ الأَوَّلُ فَقَالَ مَا أَدْرِى

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ cümə günü xütbə verərkən bir nəfər minbərin qarşısındakı qapıdan içəri daxil oldu və Peyğəmbərlə ﷺ üzbəüz durub dedi: “Ey Allahın elçisi, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et ki, bizə yağmur endirsin”. Peyğəmbər ﷺ əllərini göyə qaldırıb dedi: “Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir!” Vallahi, həmin an biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də başqa bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma vardı. Bu vaxt dağın arxasından qalxanabənzər bir bulud göründü. O gəlib göyün ortasına çatdıqdan sonra ətrafa yayıldı və yağış yağmağa başladı. Vallahi, altı gün biz günəşi görmədik. Növbəti cümə günü Peyğəmbər ﷺ xütbə verərkən yenə bir nəfər həmin qapıdan içəri daxil oldu və Peyğəmbərlə ﷺ üzbəüz durub dedi: “Ey Allahın elçisi, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın”. Peyğəmbər ﷺ əllərini göyə qaldırıb dedi: “Allahım! Üzərimizə deyil, ətrafımıza (yağdır). Allahım! Təpələrə, dağlara, vadilərə və ağac bitən yerlərə (yağdır)!” Yağış kəsdi və biz günəşli havada gəzişmək üçün bayıra çıxdıq”.”

Ənəs ibn Malik
SəhihMüsəlmanın qalası, 178 (Kitab 67, 1)

Qeyd

əl-Buxari, 958, 1013.