عَنْ جَابِرٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِذَا اسْتَجْنَحَ اللَّيْلُ - أَوْ كَانَ جُنْحُ اللَّيْلِ - فَكُفُّوا صِبْيَانَكُمْ، فَإِنَّ الشَّيَاطِينَ تَنْتَشِرُ حِينَئِذٍ، فَإِذَا ذَهَبَ سَاعَةٌ مِنَ الْعِشَاءِ فَحُلُّوهُمْ وَأَغْلِقْ بَابَكَ، وَاذْكُرِ اسْمَ اللَّهِ، وَأَطْفِئْ مِصْبَاحَكَ، وَاذْكُرِ اسْمَ اللَّهِ، وَأَوْكِ سِقَاءَكَ، وَاذْكُرِ اسْمَ اللَّهِ، وَخَمِّرْ إِنَاءَكَ، وَاذْكُرِ اسْمَ اللَّهِ، وَلَوْ تَعْرُضُ عَلَيْهِ شَيْئًا».
“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hava qaraldığı zaman uşaqlarınızı (bayıra) buraxmayın. (Çünki bu vaxt) şeytanlar (hər tərəfə) yayılırlar. Gecədən bir müddət keçdikdən sonra isə onları buraxa bilərsiniz. (Gecələr) “Bismilləh” deyərək (evinin) qapısını bağla! “Bismilləh” deyərək lampanı söndür! “Bismilləh” deyərək su tuluqlarının ağzını bağla! “Bismilləh” deyərək hər nə ilə olursa olsun qab-qacağın ağzını ört!””
Qeyd
əl-Buxari, 3038, 3280.