Hədislərlə müsəlmanın qalasıVitr namazında edilən qunut duası

Kitab 34

Vitr namazında edilən qunut duası

3

hədis

Dua

اللَّهُمَّ اهْدِنِي فِيمَنْ هَدَيْتَ، وَعَافِنِي فِيمَنْ عَافَيْتَ، وَتَوَلَّنِي فِيمَنْ تَوَلَّيْتَ، وَبَارِكْ لِي فِيمَا أَعْطَيْتَ، وَقِنِي شَرَّ مَا قَضَيْتَ، إِنَّكَ تَقْضِي وَلاَ يُقْضَى عَلَيْكَ، إِنَّهُ لاَ يَذِلُّ مَنْ وَالَيْتَ، وَلاَ يَعِزُّ مَنْ عَادَيْتَ، تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ

Alla:humməhdini: fi:mən hədeyt, va a:fini: fi:mən a:feyt, va təvalləni: fi:mən təvalleyt, va bə:rik li: fi:mə: ə'teyt va qini: şərra mə: qadeyt, fəinnəkə təqdi: va lə: yuqda: aleyk, innəhu lə: yəzillu mən va:leyt, va lə: yəi'zzu mən a:deyt, təbə:raktə Rabbənə: va təa:leyt!

Allahım, hidayət verdiyin kimsələr arasında mənə də hidayət ver! Salamatlıq bəxş etdiyin kimsələr arasında mənə də salamatlıq bəxş et! Dost qəbul etdiyin kimsələr arasında məni də dost qəbul et! Mənə verdiklərini bərəkətli et! Qərar verdiyin şeylərin şərindən məni qoru! Hər şeyə Sən qərar verirsən, Sənin üçün isə qərar verilməz! Dost qəbul etdiyin kimsə zəlil olmaz! Düşmənçilik etdiyin kəs isə qüdrətli olmaz! Ey Rəbbimiz, Sən xeyirxahsan, ucasan!

Hədis

عَنْ أَبِى الْحَوْرَاءِ قَالَ قَالَ الْحَسَنُ بْنُ عَلِىٍّ عَلَّمَنِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَلِمَاتٍ أَقُولُهُنَّ فِى الْوِتْرِ قَالَ ابْنُ جَوَّاسٍ فِى قُنُوتِ الْوِتْرِ « اللَّهُمَّ اهْدِنِى فِيمَنْ هَدَيْتَ وَعَافِنِى فِيمَنْ عَافَيْتَ وَتَوَلَّنِى فِيمَنْ تَوَلَّيْتَ وَبَارِكْ لِى فِيمَا أَعْطَيْتَ وَقِنِى شَرَّ مَا قَضَيْتَ إِنَّكَ تَقْضِى وَلاَ يُقْضَى عَلَيْكَ وَإِنَّهُ لاَ يَذِلُّ مَنْ وَالَيْتَ وَلاَ يَعِزُّ مَنْ عَادَيْتَ تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ ».

“Rəvayət edilir ki, Əbul-Həvrai ﵀ demişdir: “Həsən ibn Əli belə buyurdu: “Allah Elçisi ﷺ mənə Vitr namazında demək üçün kəlmələr öyrətdi: “Allahım, hidayət verdiyin kimsələr arasında mənə də hidayət ver! Salamatlıq bəxş etdiyin kimsələr arasında mənə də salamatlıq bəxş et! Dost qəbul etdiyin kimsələr arasında məni də dost qəbul et! Mənə verdiklərini bərəkətli et! Qərar verdiyin şeylərin şərindən məni qoru! Hər şeyə Sən qərar verirsən, Sənin üçün isə qərar verilməz! Dost qəbul etdiyin kimsə zəlil olmaz! Düşmənçilik etdiyin kəs isə qüdrətli olmaz! Ey Rəbbimiz, Sən xeyirxahsan, ucasan!””

Əbul-Həvrai
SəhihMüsəlmanın qalası, 122 (Kitab 34, 1)

Qeyd

Əbu Davud, 1427; İbn Məcə, 1178. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1273.

Dua

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ، لاَ أُحْصِي ثَنَاءً عَلَيْكَ، أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ

Alla:hummə, inni: əu:zu birida:kə min səxatik, va bimua:fə:tikə min u'qu:bətik, va əu:zu bikə minkə, lə: uhsi: sənə:ən aleyk, əntə kəmə əsneytə alə: nəfsik!

Allahım, Sənin qəzəbindən razılığına, cəzandan əfvinə sığınıram! Səndən Sənə pənah aparıram! Mən Səni layiqincə tərif edə bilmərəm, Sən Özün Özünü tərif etdiyin kimisən!

Hədis

عَنْ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِى آخِرِ وِتْرِهِ «اللَّهُمَّ إِنِّى أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ وَأَعُوذُ بِكَ مِنْكَ لاَ أُحْصِى ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ»

“Əli ibn Əbu Talib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Vitr namazının axırında belə deyərdi: “Allahım, Sənin qəzəbindən razılığına, cəzandan əfvinə sığınıram. Səndən Sənə pənah aparıram! Mən Səni layiqincə tərif edə bilmərəm. Sən Özün Özünü tərif etdiyin kimisən! – (Alla:hummə, inni: əu:zu birida:kə min səxatik, va bimua:fə:tikə min u'qu:bətik, va əu:zu bikə minkə, lə: uhsi: sənə:ən aleyk, əntə kəmə əsneytə alə: nəfsik!)”.”

Əli ibn Əbu Talib
SəhihMüsəlmanın qalası, 123 (Kitab 34, 2)

Qeyd

Əbu Davud, 1427, 1429. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1276.

Dua

اللَّهُمَّ إِيَّاكَ نَعْبُدُ، وَلَكَ نُصَلِّي وَنَسْجُدُ، وَإِلَيْكَ نَسْعَى وَنَحْفِدُ، نَرْجُو رَحْمَتَكَ، وَنَخْشَى عَذَابَكَ، إِنَّ عَذَابَكَ بِالْكَافِرِينَ مُلْحَقٌ. اللَّهُمَّ إِنَّا نَسْتَعِينُكَ، وَنَسْتَغْفِرُكَ، وَنُثْنِي عَلَيْكَ الْخَيْرَ، وَلاَ نَكْفُرُكَ، وَنُؤْمِنُ بِكَ، وَنَخْضَعُ لَكَ، وَنَخْلَعُ مَنْ يَكْفُرُكَ

Alla:hummə, iyyə:kə nə'budu, və ləkə nusalli: va nəscudu, va ileykə nəs'a: va nəhfidu, nərcu: rahmətəkə va nəxşə: azə:bəkə, innə azə:bəkə bil-kə:firi:nə mulhəq. Alla:hummə, innə: nəstə'i:nukə va nəstəğfirukə va nusni: aleykəl-xayra va lə: nəkfurukə, va nu'minu bikə va nəxda'u ləkə va nəxlə'u mən yəkfuruk!

Allahım, biz yalnız Sənə ibadət edirik! Sənin üçün namaz qılır və Sənə səcdə edirik. Sənə doğru can atır və qulluq etməyə tələsirik. Sənin mərhəmətini diləyir və Sənin əzabından qorxuruq. Əlbəttə, əzabın kafirlərə yetişəcək. Allahım, Səndən kömək istəyir və Səndən bağışlanma diləyirik! Xeyri Sənə aid edib Sənə tərif deyirik və Sənə qarşı küfr etmirik. Sənə iman gətirir və Sənə boyun əyirik! Sənə qarşı küfr edənləri tərk edirik!

Hədis

عَنْ سَعِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى عَنْ أَبِيهِ قَالَ : صَلَّيْتُ خَلْفَ عُمَرَ بْنِ الْخَطَّابِ رَضِىَ اللَّهُ عَنْهُ صَلاَةَ الصُّبْحِ ، فَسَمِعْتُهُ يَقُولُ بَعْدَ الْقِرَاءَةِ قَبْلَ الرُّكُوعِ : اللَّهُمَّ إِيَّاكَ نَعْبُدُ ، وَلَكَ نُصَلِّى وَنَسْجُدُ ، وَإِلَيْكَ نَسْعَى وَنَحْفِدُ ، نَرْجُو رَحْمَتَكَ وَنَخْشَى عَذَابَكَ ، إِنَّ عَذَابَكَ بِالْكَافِرِينَ مُلْحَقٌ اللَّهُمَّ إِنَّا نَسْتَعِينُكَ وَنَسْتَغْفِرُكَ ، وَنُثْنِى عَلَيْكَ الْخَيْرَ وَلاَ نَكْفُرُكَ ، وَنُؤْمِنُ بِكَ وَنَخْضَعُ لَكَ ، وَنَخْلَعُ مَنْ يَكْفُرُكَ.

“Səid bin Abdur-Rahmən ibn Əbzə atasının ﵀ belə dediyini rəvayət edir: “Sübh namazında Ömər ibn əl-Xattabın ﵁ arxasında onunla birlikdə namaz qılırdım. Rukudan sonra belə dua etdi: “Allahım, biz yalnız Sənə ibadət edirik! Sənin üçün namaz qılır və Sənə səcdə edirik. Sənə doğru can atır və qulluq etməyə tələsirik. Sənin mərhəmətini diləyir və Sənin əzabından qorxuruq. Əlbəttə, əzabın kafirlərə yetişəcək. Allahım, Səndən kömək istəyir və Səndən bağışlanma diləyirik! Xeyri Sənə aid edib Sənə tərif deyirik və Sənə qarşı küfr etmirik. Sənə iman gətirir və Sənə boyun əyirik! Sənə qarşı küfr edənləri tərk edirik!””

Səid bin Abdur-Rahmən ibn Əbzə atasından
SəhihMüsəlmanın qalası, 124 (Kitab 34, 3)

Qeyd

əl-Beyhəqi “Sunənul-Kubra” 3144, 3187, 3269. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 428.