Vitr namazında edilən qunut duası
Dua

اللَّهُمَّ اهْدِنِي فِيمَنْ هَدَيْتَ، وَعَافِنِي فِيمَنْ عَافَيْتَ، وَتَوَلَّنِي فِيمَنْ تَوَلَّيْتَ، وَبَارِكْ لِي فِيمَا أَعْطَيْتَ، وَقِنِي شَرَّ مَا قَضَيْتَ، إِنَّكَ تَقْضِي وَلاَ يُقْضَى عَلَيْكَ، إِنَّهُ لاَ يَذِلُّ مَنْ وَالَيْتَ، وَلاَ يَعِزُّ مَنْ عَادَيْتَ، تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ

Alla:humməhdini: fi:mən hədeyt, va a:fini: fi:mən a:feyt, va təvalləni: fi:mən təvalleyt, va bə:rik li: fi:mə: ə'teyt va qini: şərra mə: qadeyt, fəinnəkə təqdi: va lə: yuqda: aleyk, innəhu lə: yəzillu mən va:leyt, va lə: yəi'zzu mən a:deyt, təbə:raktə Rabbənə: va təa:leyt!

Allahım, hidayət verdiyin kimsələr arasında mənə də hidayət ver! Salamatlıq bəxş etdiyin kimsələr arasında mənə də salamatlıq bəxş et! Dost qəbul etdiyin kimsələr arasında məni də dost qəbul et! Mənə verdiklərini bərəkətli et! Qərar verdiyin şeylərin şərindən məni qoru! Hər şeyə Sən qərar verirsən, Sənin üçün isə qərar verilməz! Dost qəbul etdiyin kimsə zəlil olmaz! Düşmənçilik etdiyin kəs isə qüdrətli olmaz! Ey Rəbbimiz, Sən xeyirxahsan, ucasan!

Hədis

عَنْ أَبِى الْحَوْرَاءِ قَالَ قَالَ الْحَسَنُ بْنُ عَلِىٍّ عَلَّمَنِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَلِمَاتٍ أَقُولُهُنَّ فِى الْوِتْرِ قَالَ ابْنُ جَوَّاسٍ فِى قُنُوتِ الْوِتْرِ « اللَّهُمَّ اهْدِنِى فِيمَنْ هَدَيْتَ وَعَافِنِى فِيمَنْ عَافَيْتَ وَتَوَلَّنِى فِيمَنْ تَوَلَّيْتَ وَبَارِكْ لِى فِيمَا أَعْطَيْتَ وَقِنِى شَرَّ مَا قَضَيْتَ إِنَّكَ تَقْضِى وَلاَ يُقْضَى عَلَيْكَ وَإِنَّهُ لاَ يَذِلُّ مَنْ وَالَيْتَ وَلاَ يَعِزُّ مَنْ عَادَيْتَ تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ ».

“Rəvayət edilir ki, Əbul-Həvrai ﵀ demişdir: “Həsən ibn Əli belə buyurdu: “Allah Elçisi ﷺ mənə Vitr namazında demək üçün kəlmələr öyrətdi: “Allahım, hidayət verdiyin kimsələr arasında mənə də hidayət ver! Salamatlıq bəxş etdiyin kimsələr arasında mənə də salamatlıq bəxş et! Dost qəbul etdiyin kimsələr arasında məni də dost qəbul et! Mənə verdiklərini bərəkətli et! Qərar verdiyin şeylərin şərindən məni qoru! Hər şeyə Sən qərar verirsən, Sənin üçün isə qərar verilməz! Dost qəbul etdiyin kimsə zəlil olmaz! Düşmənçilik etdiyin kəs isə qüdrətli olmaz! Ey Rəbbimiz, Sən xeyirxahsan, ucasan!””

Əbul-Həvrai
Səhih

Qeyd

Əbu Davud, 1427; İbn Məcə, 1178. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1273.

İstinad

Müsəlmanın qalası, 122 (Kitab 34, 1)

Hədislərlə müsəlmanın qalası — Vitr namazında edilən qunut duası