لاَ بَأْسَ، طَهُورٌ إِنْ شَاءَ اللهُ
Lə: bə'sə tahu:run in şə:ə Allah!
Eybi yoxdur, Allahın izni ilə günahların təmizlənir!
Hədis
عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ عَلَى أَعْرَابِىٍّ - يَعُودُهُ - قَالَ وَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ عَلَى مَرِيضٍ يَعُودُهُ قَالَ لاَ بَأْسَ طَهُورٌ إِنْ شَاءَ اللَّهُ. فَقَالَ لَهُ « لاَ بَأْسَ طَهُورٌ إِنْ شَاءَ اللَّهُ ». قَالَ قُلْتَ طَهُورٌ كَلاَّ بَلْ هِىَ حُمَّى تَفُورُ - أَوْ تَثُورُ - عَلَى شَيْخٍ كَبِيرٍ ، تُزِيرُهُ الْقُبُورَ. فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَنَعَمْ إِذًا »
“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ (həmişə) xəstəni ziyarət etdikdə ona: “Eybi yoxdur, Allahın izni ilə, (günahların) təmizlənir! – (Lə: bə'sə tahu:run in şə:ə Allah!)”– deyərdi. Yenə bir dəfə Peyğəmbər ﷺ xəstə bir bədəviyə baş çəkmək üçün onun yanına gəlib: “Eybi yoxdur, Allahın izni ilə, (günahların) təmizlənir!”– dedi. Bədəvi isə ona dedi: “Təmizlənir”– dedin?! Xeyr, bu, ixtiyar çağında olan qocanın onu qəbrə aparması üçün bədənində od kimi yanan bir qızdırmadır”. Peyğəmbər ﷺ buyurdu: “Yaxşı, qoy sən deyən olsun!””
Qeyd
əl-Buxari, 3347, 3616.