أَسْأَلُ اللهَ الْعَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ أَنْ يَشْفِيَكَ
Əs əlulla:həl-azi:mə Rabbəl-arşil-azi:mi ən yəşfiyək!
Böyük Ərşin Rəbbi olan Əzəmətli Allahdan diləyirəm ki, sənə şəfa versin! (yeddi dəfə).
Hədis
عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «مَا مِنْ عَبْدٍ مُسْلِمٍ يَعُودُ مَرِيضًا لَمْ يَحْضُرْ أَجَلُهُ فَيَقُولُ سَبْعَ مَرَّاتٍ أَسْأَلُ اللَّهَ الْعَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ أَنْ يَشْفِيَكَ إِلاَّ عُوفِىَ»
“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Elə bir müsəlman bəndə yoxdur ki, əcəli çatmayan bir xəstəyə baş çəkib yeddi dəfə: “Böyük Ərşin Rəbbi olan Əzəmətli Allahdan diləyirəm ki, sənə şəfa versin!”- deyə dua etsin və o xəstə sağalmasın”.”
Qeyd
ət-Tirmizi, 2083, 2227. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5766.
İstinad
Müsəlmanın qalası, 151 (Kitab 50, 2)
Hədislərlə müsəlmanın qalası — Xəstəni ziyarət edərkən onun üçün edilən dua