Hədislərlə müsəlmanın qalasıİstixarə namazının duası

Kitab 28

İstixarə namazının duası

1

hədis

Dua

اللَّهُمَّ إِنِّي أَسْتَخِيرُكَ بِعِلْمِكَ، وَأَسْتَقْدِرُكَ بِقُدْرَتِكَ، وَأَسْأَلُكَ مِنْ فَضْلِكَ الْعَظِيمِ، فَإِنَّكَ تَقْدِرُ وَلاَ أَقْدِرُ، وَتَعْلَمُ وَلاَ أَعْلَمُ، وَأَنْتَ عَلاَّمُ الْغُيُوبِ. اللَّهُمَّ إِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا اْلأَمْرَ خَيْرٌ لِي فِي دِينِي، وَمَعَاشِي، وَعَاقِبَةِ أَمْرِي - أَوْ قَالَ: عَاجِلِهِ وَآجِلِهِ - فَاقْدُرْهُ لِي، وَيَسِّرْهُ لِي، ثُمَّ بَارِكْ لِي فِيهِ. وَإِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا اْلأَمْرَ شَرٌّ لِي فِي دِينِي، وَمَعَاشِي، وَعَاقِبَةِ أَمْرِي - أَوْ قَالَ: عَاجِلِهِ وَآجِلِهِ - فَاصْرِفْهُ عَنِّي، وَاصْرِفْنِي عَنْهُ، وَاقْدُرْ لِيَ الْخَيْرَ حَيْثُ كَانَ، ثُمَّ أَرْضِنِي بِهِ

Alla:hummə, inni: əstəxi:rukə bi ilmikə, va əstəqdirukə bi qudratikə, va əs əlukə min fədlikəl-azi:m, fəinnəkə təqdiru va lə: əqdir, va tə'ləmu va lə: ə'ləm, va əntə allə:mul-ğuyu:b! Alla:hummə, in kuntə tə'ləmu ənnə hə:zəl-əmra xayrun li: fi: di:ni: va məa:şi: va a:qibəti əmri:, (a:cilihi va ə:cilihi) fəqdurhu li: va yəssirhu li:, summə bərik li: fi:hi! Va in kuntə tə'ləmu ənnə hə:zəl-əmra şərrun li: fi: di:ni va məa:şi: va a:qibəti əmri: (a:cilihi va ə:cilihi) fəsrifhu anni:, vasrifni: anhu, vaqdur liyəl-xayra həysu kə:nə, summə ərdini: bihi!

Allahım, Səndən Öz elminlə mənə xeyir verməyini diləyirəm və Öz qüdrətinlə mənə qüdrət verməyini diləyirəm! Səndən, Sənin böyük lütfünü diləyirəm! Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən! Allahım, bu iş (adını çəkir) mənim üçün dinimdə, yaşayışımda və işimin sonunda (yaxud deyirsən: dünyam və axirətim üçün) xeyirlidirsə, onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et! Bu iş mənim üçün dinimdə, yaşayışımda və işimin sonunda (yaxud deyirsən: dünyam və axirətim üçün) zərərlidirsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!

Hədis

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُنَا الاِسْتِخَارَةَ فِى الأُمُورِ كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ يَقُولُ « إِذَا هَمَّ أَحَدُكُمْ بِالأَمْرِ فَلْيَرْكَعْ رَكْعَتَيْنِ مِنْ غَيْرِ الْفَرِيضَةِ ثُمَّ لِيَقُلِ... :

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: “Sizdən biriniz bir işə başlamaq istədikdə, fərz namazlarından əlavə iki rükət namaz qılsın və desin: “...(Yuxarıda qeyd edilən dua)”.”

Cabir ibn Abdullah
SəhihMüsəlmanın qalası, 79 (Kitab 28, 1)

Qeyd

Başlığa haşiyə: Bir işə başlamaq istədikdə, Allahdan uğur diləyərək xüsusi namaz qılmaq. əl-Buxari, 1096, 1162.