إِنَّ للهِ مَا أَخَذَ، وَلَهُ مَا أَعْطَى وَكُلُّ شَيْءٍ عِنْدَهُ بِأَجَلٍ مُسَمًّى ...فَلْتَصْبِرْ وَلْتَحْتَسِبْ
İnnə lillə:hi mə: əxazə valəhu mə: ə'ta: və kullu şey in i'ndəhu biəcəlin musəmmə... fəl-təsbir val-təhtəsib!
Şübhəsiz ki, Allahın aldığı da, verdiyi də Özünə aiddir. Onun yanında hər şeyin öz müəyyən əcəli var... Səbir et və (bunun əvəzinə Allah yanında mükafat qazanacağına) ümid bəslə!
Hədis
عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ قَالَ كُنَّا عِنْدَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَرْسَلَتْ إِلَيْهِ إِحْدَى بَنَاتِهِ تَدْعُوهُ وَتُخْبِرُهُ أَنَّ صَبِيًّا لَهَا - أَوِ ابْنًا لَهَا - فِى الْمَوْتِ فَقَالَ لِلرَّسُولِ « ارْجِعْ إِلَيْهَا فَأَخْبِرْهَا إِنَّ لِلَّهِ مَا أَخَذَ وَلَهُ مَا أَعْطَى وَكُلُّ شَىْءٍ عِنْدَهُ بِأَجَلٍ مُسَمًّى فَمُرْهَا فَلْتَصْبِرْ وَلْتَحْتَسِبْ » فَعَادَ الرَّسُولُ فَقَالَ إِنَّهَا قَدْ أَقْسَمَتْ لَتَأْتِيَنَّهَا. قَالَ فَقَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَامَ مَعَهُ سَعْدُ بْنُ عُبَادَةَ وَمُعَاذُ بْنُ جَبَلٍ وَانْطَلَقْتُ مَعَهُمْ فَرُفِعَ إِلَيْهِ الصَّبِىُّ وَنَفْسُهُ تَقَعْقَعُ كَأَنَّهَا فِى شَنَّةٍ فَفَاضَتْ عَيْنَاهُ فَقَالَ لَهُ سَعْدٌ مَا هَذَا يَا رَسُولَ اللَّهِ قَالَ « هَذِهِ رَحْمَةٌ جَعَلَهَا اللَّهُ فِى قُلُوبِ عِبَادِهِ وَإِنَّمَا يَرْحَمُ اللَّهُ مِنْ عِبَادِهِ الرُّحَمَاءَ ».
“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ yanında idik. Onun yanına bir nəfər gəldi, nəvəsinin ölüm ayağında olmasını və qızının da onu çağırmasını xəbər verdi. Peyğəmbər ﷺ gələn adama dedi: “Qızımın yanına qayıt və de: “Şübhəsiz ki, Allahın aldığı da, verdiyi də Özünə aiddir. Onun yanında hər şeyin öz müəyyən əcəli var... Səbir et və (bunun əvəzinə Allah yanında mükafat qazanacağına) ümid bəslə!” Adam getdikdən sonra yenidən gəldi və dedi: “O, sizin gəlməyinizi istədi və and verdi”. Peyğəmbər ﷺ, Səd ibn Ubadə və Muaz ibn Cəbəl qalxıb ora getdilər. Xəstə uşaq Peyğəmbərə ﷺ verildi, uşağın nəfəsi gedib-gəlirdi. Nəfəsi sanki köhnə dərinin içindən gəlirdi. Peyğəmbərin ﷺ gözləri yaşla doldu. Səd ibn Ubadə göz yaşlarını gördükdə dedi: “Ey Allahın Elçisi, bu (göz yaşları) nədir?” Peyğəmbər ﷺ buyurdu: “Bu, Allahın qullarının qəlblərinə qoyduğu rəhmətdir. Allah ancaq rəhimli olanlara rəhm edər”.”
Qeyd
əl-Buxari, 6829, 7377; Muslim, 1531, 2174.