عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَجُلًا مَرَّ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ فِي مَجْلِسٍ فَقَالَ: السَّلاَمُ عَلَيْكُمْ، فَقَالَ: عَشْرُ حَسَنَاتٍ، فَمَرَّ رَجُلٌ آخَرُ فَقَالَ: السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ، فَقَالَ: عِشْرُونَ حَسَنَةً، فَمَرَّ رَجُلٌ آخَرُ فَقَالَ: السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، فَقَالَ: ثَلاَثُونَ حَسَنَةً، فَقَامَ رَجُلٌ مِنَ الْمَجْلِسِ وَلَمْ يُسَلِّمْ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مَا أَوْشَكَ مَا نَسِيَ صَاحِبُكُمْ، إِذَا جَاءَ أَحَدُكُمُ الْمَجْلِسَ فَلْيُسَلِّمْ، فَإِنْ بَدَا لَهُ أَنْ يَجْلِسَ فَلْيَجْلِسْ، وَإِذَا قَامَ فَلْيُسَلِّمْ، مَا الْأُولَى بِأَحَقَّ مِنَ الآخِرَةِ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir məclisdə olarkən bir kişi gəlib: “əs-Sələ:mu aleykum”- (sizə salam olsun!) - dedi. Allah Elçisi ﷺ buyurdu: “(Buna) on savab var”. Başqa bir kişi gəlib: “əs-Sələ:mu aleykum va rahmətullah”- (sizə salam olsun və Allahın rəhməti yetişsin!) - dedi. Allah Elçisi ﷺ buyurdu: “(Buna) iyirmi savab var”. Başqa bir kişi gəlib: “əs-Sələ:mu aleykum va rahmətulla:hi və bərakə:tuhu”- (sizə salam olsun, Allahın rəhməti və bərəkəti yetişsin!) - dedi. Allah Elçisi ﷺ buyurdu: “(Buna) otuz savab var”. Bir kişi məclisdən qalxıb getdi və salam vermədi. Allah Elçisi ﷺ buyurdu: “Dostunuz (salamını) nə tez unutdu. Sizdən biriniz məclisə gəldiyi zaman salam versin. Əgər (orada) oturmağı məsləhət bilsə otursun. Məclisdən durub getdikdə də salam versin. Əvvəlki salam sonuncu salamdan daha üstün deyil”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 986. Hədis səhihdir. Bax: əl-Buxari “Səhih Ədəbul-Mufrad” 761.