Salamın fəziləti haqda

عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: «إِنَّ السَّلاَمَ اسمٌ مِنْ أَسْمَاءِ اللهِ وَضَعَهُ فِي الأرْضِ فَأَفْشُوهُ بَينَكُمْ، فَإِنَّ الرَّجُلَ الْمُسْلِم إِذَا مَرَّ بِقَومٍ فَسَلَّمَ عَلِيهِم فَرَدُّوا عَلَيهِ، كَانَ لَهُ عَلَيهِم فَضْلُ دَرَجَةٍ بِتَذكِيرِهِ إِيَّاهُمُ السَّلاَمَ، فَإِنْ لَمْ يَرُدُّوا عَلَيهِ، رَدَّ عَلَيهِ مَنْ هُوَ خَيرٌ مِنْهُمْ وَأَطْيِب»

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, “əs-Səlam” Allahın adlarından biridir. O, bunu yerdə (bir-birinizlə salamlaşasınız deyə) təyin etmişdir. Elə isə salamı aranızda yayın! Həqiqətən, müsəlman kişi bir qövmün yanından keçərək salam verər, onlar da salamı alarlarsa, o, həmin qövmdən bir dərəcə üstün olar. Çünki, o adam salamı onların yadına saldı. Əgər onun salamını almasalar, onlardan daha xeyirli və pak olan (mələklər) onun salamını alarlar”.”

Abdullah ibn Məsud
Səhih

Qeyd

əl-Bəzzər, 1771. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 184, 1607.

İstinad

Müsəlmanın qalası, 271 (Kitab 133, 2)

Hədislərlə müsəlmanın qalası — Salamın fəziləti haqda