Salamın fəziləti haqda

عَنْ عَبْدِ اللَّهِ بْنِ سَلاَمٍ قَالَ لَمَّا قَدِمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ انْجَفَلَ النَّاسُ إِلَيْهِ وَقِيلَ قَدِمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدِمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدِمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَجِئْتُ فِى النَّاسِ لأَنْظُرَ إِلَيْهِ فَلَمَّا اسْتَبَنْتُ وَجْهَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَرَفْتُ أَنَّ وَجْهَهُ لَيْسَ بِوَجْهِ كَذَّابٍ وَكَانَ أَوَّلَ شَىْءٍ تَكَلَّمَ بِهِ أَنْ قَالَ «أَيُّهَا النَّاسُ أَفْشُوا السَّلاَمَ وَأَطْعِمُوا الطَّعَامَ وَصَلُّوا وَالنَّاسُ نِيَامٌ تَدْخُلُونَ الْجَنَّةَ بِسَلاَمٍ»

“Rəvayət edilir ki, Abdullah ibn Səlam ﵁ demişdir: “Allah Elçisi ﷺ Mədinəyə gələndə insanlar onun yanına getdilər və belə deyilirdi: “Allah Elçisi gəldi, Allah Elçisi gəldi, Allah Elçisi gəldi!” Mən ona baxmaq üçün insanların arasına gəlib girdim. Mən Allah Elçisinin ﷺ üzünə baxanda, onun üzünün yalançı üz olmadığını bildim. Onun ilk söylədiyi sözlər bunlar idi: “Ey insanlar, salamı yayın, yemək yedirdin və insanlar gecə yatarkən namaz qılın, salamatlıqla Cənnətə girərsiniz”.”

Abdullah ibn Səlam
Səhih

Qeyd

ət-Tirmizi, 2485, 2673. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 3/239, № 777.

İstinad

Müsəlmanın qalası, 275 (Kitab 133, 6)

Hədislərlə müsəlmanın qalası — Salamın fəziləti haqda