عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ الإِسْلاَمِ خَيْرٌ؟ قَالَ: «تُطْعِمُ الطَّعَامَ وَتَقْرَأُ السَّلاَمَ عَلَى مَنْ عَرَفْتَ وَمَنْ لَمْ تَعْرِفْ».
“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, bir nəfər Allah Elçisindən ﷺ soruşdu: “İslam xislətlərindən ən xeyirlisi hansıdır?” Peyğəmbər ﷺ dedi: “Sənin, (ehtiyacı olana) yemək yedirtməyin, tanıdığına və tanımadığına salam verməyindir”.”
Qeyd
Muslim, 160. Yəni qarşına çıxan hər kəsə salam verməlisən. Yalnız tanıdığın adama salam vermək İslam əxlaqına zidd olan bir xasiyyətdir və Qiyamətin əlamətlərindəndir. Peyğəmbər ﷺ demişdir: “Birisinin ancaq tanıdığına salam verməsi Qiyamətin əlamətlərindəndir”. (Əhməd, 1/387. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 648).
İstinad
Müsəlmanın qalası, 279 (Kitab 133, 10)
Hədislərlə müsəlmanın qalası — Salamın fəziləti haqda