Salamın fəziləti haqda

عَنْ أَبي أُمَامَةَ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: ثَلاَثَةٌ كُلُّهُمْ ضَامِنٌ عَلَى اللَّهِ، إِنْ عَاشَ كُفِيَ، وَإِنْ مَاتَ دَخَلَ الْجَنَّةَ: مَنْ دَخَلَ بَيْتَهُ بِسَلاَمٍ فَهُوَ ضَامِنٌ عَلَى اللَّهِ عَزَّ وَجَلَّ، وَمَنْ خَرَجَ إِلَى الْمَسْجِدِ فَهُوَ ضَامِنٌ عَلَى اللَّهِ، وَمَنْ خَرَجَ فِي سَبِيلِ اللَّهِ فَهُوَ ضَامِنٌ عَلَى اللَّهِ.

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Üç nəfər var ki, onlar Allahın öhdəsindədir; (onlardan hər biri) yaşasa ehtiyacı ödənilər, ölsə Cənnətə girər; Kim öz evinə salamla girsə, Allahın ﷿ öhdəsində olar; Kim (ibadət etmək üçün) məscidə getsə, Allahın öhdəsində olar; Kim Allah yolunda cihada çıxsa, Allahın öhdəsində olar”.”

Əbu Umamə
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 1094. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 321.

İstinad

Müsəlmanın qalası, 278 (Kitab 133, 9)

Hədislərlə müsəlmanın qalası — Salamın fəziləti haqda