“Şeyx İbn əl-Useymin ﵀ buyurur: “...Uca Allah buyurur: “Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın!” (ən-Nisa, 86). Bu möhtəşəm ayədən o da aydın olur ki, əgər kafirlərdən biri səni salamlayıb, aydın ifadə ilə “əs-Sələ:mu aleyk!” desə, ona “Va aleykəs-səlam!” deyə bilərsən, çünki bunu deməklə onun salamını olduğu kimi qaytarmış hesab edilərsən. Qaldı ki Peyğəmbərin ﷺ: “Kitab əhli sizə salam verdiyi zaman siz onlara: “Va aleykum!”- deyin”, yəni onlara: “Va aleykumus-sələ:m!”- deməyin!” sözünə gəlincə, Peyğəmbər ﷺ bunun səbəbini həmin hədisdə açıqlayıb demişdir: “Yəhudilər salam verdikdə: “əs-Sə:mu aleykum”, yəni “Sizə ölüm olsun!”– deyə sizə bəddua edirlər. Siz də onlara: “Va aleykum (sizin üzərinizə olsun)!”– deyin”. Bu hədisdən aydın olur ki, əgər onlar: “əs-Sələ:mu aleykum”– desələr, biz onlara: “Va aleykumus-sələ:m”– deyə cavab veririk, çünki Uca Allah buyurur: “Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın!” (ən-Nisa, 86)”.”
Qeyd
İbn əl-Useymin “Şərh Riyadus-Salihin” 1/956.
İstinad
Müsəlmanın qalası, 280 (Kitab 134, 1)
Hədislərlə müsəlmanın qalası — Salam verən kafirin salamı necə alınmalıdır?