Salamın fəziləti haqda

عَنِ الْمِقْدَامِ بن شُرَيْحٍ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ دُلَّنِي عَلَى عَمِلٍ يُدْخِلُنِي الْجَنَّةَ قَالَ: إِنَّ مِنْ مُوجِبَاتِ الْمَغْفِرَةِ بَذْلُ السَّلامِ وَحُسْنُ الْكَلامِ.

“Sufyan əl-Miqdam ibn Şureyh babasından ﵁ rəvayət edir ki, o, Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi, mənə elə bir əməl bildir ki, məni Cənnətə daxil etsin”. O buyurdu: “Həqiqətən, salamı yaymaq və xoş söz söyləmək bağışlanmanı vacib edən səbəblərdəndir”.”

əl-Miqdam ibn Şureyh atasından və babasından
Səhih

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 469, 17920. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1035.

İstinad

Müsəlmanın qalası, 273 (Kitab 133, 4)

Hədislərlə müsəlmanın qalası — Salamın fəziləti haqda