حَيَّ عَلَى الصَّلَاةِ , حَيَّ عَلَى الْفَلَاحِ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَالَ الْمُؤَذِّنُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ فَقَالَ أَحَدُكُمْ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ ثُمَّ قَالَ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ قَالَ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ ثُمَّ قَالَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ قَالَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ ثُمَّ قَالَ حَيَّ عَلَى الصَّلَاةِ قَالَ لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ ثُمَّ قَالَ حَيَّ عَلَى الْفَلَاحِ قَالَ لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ ثُمَّ قَالَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ قَالَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ ثُمَّ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ مِنْ قَلْبِهِ دَخَلَ الْجَنَّةَ
“Azan eşidildikdə müəzzinin dedikləri təkrar olunur. Yalnız: Həyyə aləs-salə:h! Həyyə aləl-fələ:h! “Namaza tələsin!”, “Nicat tapmağa tələsin!” ifadələrinin hər birinin əvəzinə: Lə: həulə va lə: quvvətə illə: billəh! “Qüdrət və güc yalnız Allahdadır!” ifadəsi deyilir. Ömər ibn əl-Xattab ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Müəzzin: “Alla:hu Əkbər, Alla:hu Əkbər”- dedikdə, sizdən biriniz “Alla:hu Əkbər, Alla:hu Əkbər”- deyərsə; müəzzin: “Əşhədu əl-lə: ilə:hə illəllah”- dedikdə, o da “Əşhədu əl-lə: ilə:hə illəllah”- deyərsə; müəzzin: “Əşhədu ənnə Muhəmmədən Rasu:lullah”- dedikdə, o da “Əşhədu ənnə Muhəmmədən Rasu:lullah”- deyərsə; müəzzin: “Həyyə aləs-saləh”- dedikdə, o da: “Lə: həulə va lə: quvvətə illə: billəh”- deyərsə; müəzzin: “Həyyə aləl-fələh”- dedikdə, o: “Lə: həulə va lə: quvvətə illə: billəh”- deyərsə; müəzzin: “Alla:hu Əkbər, Alla:hu Əkbər”- dedikdə, o da “Alla:hu Əkbər, Alla:hu Əkbər”- deyərsə; müəzzin: “Lə: ilə:hə illəllah”- dedikdə, o da ürəkdən “Lə: ilə:hə illəllah”- deyərsə, Cənnətə girər”.”
Qeyd
Muslim, 385, 578, 876.