وَأَنَا أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ، رَضِيتُ بِاللهِ رَبًّا، وَ بِمُحَمَّدٍ رَسُولاً، وَبِاْلإِسْلاَمِ دِينًا
Va ənə: əşhədu ən lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu va Rasu:luhu! Radi:tu billə:hi Rabbən, va bi Muhəmmədin rasu:lən, va bil-islə:mi di:nən!
Mən də şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur! O təkdir, Onun şəriki yoxdur! Və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir! Allahın Rəbb, Muhəmmədin elçi və İslamın din olduğundan razıyam! (Bu, müəzzinin şəhadət gətirməyinin ardınca deyilir).
Hədis
عَنْ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « مَنْ قَالَ حِينَ يَسْمَعُ الْمُؤَذِّنَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ رَضِيتُ بِاللَّهِ رَبًّا وَبِمُحَمَّدٍ رَسُولاً وَبِالإِسْلاَمِ دِينًا. غُفِرَ لَهُ ذَنْبُهُ ».
“Səd ibn Əbu Vaqqas ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Hər kim müəzzini (şəhadət gətirərkən) eşitdikdə: “Mən də şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur! O təkdir, Onun şəriki yoxdur! Və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir! Allahın Rəbb, Muhəmmədin elçi və İslamın din olduğundan razıyam! - (Va ənə: əşhədu ən lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu va Rasu:luhu! Radi:tu billə:hi Rabbən, va bi Muhəmmədin rasu:lən, va bil-islə:mi di:nən!)”- deyərsə, günahı bağışlanar!””
Qeyd
Muslim, 579, 877; İbn Xuzeymə, 421.
İstinad
Müsəlmanın qalası, 25 (Kitab 16, 2)
Hədislərlə müsəlmanın qalası — Azan zikrləri