عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِذَا سَمِعْتُمْ الْمُؤَذِّنَ فَقُولُوا مِثْلَ مَا يَقُولُ ثُمَّ صَلُّوا عَلَيَّ فَإِنَّهُ مَنْ صَلَّى عَلَيَّ صَلَاةً صَلَّى اللَّهُ عَلَيْهِ بِهَا عَشْرًا ثُمَّ سَلُوا اللَّهَ لِي الْوَسِيلَةَ فَإِنَّهَا مَنْزِلَةٌ فِي الْجَنَّةِ لَا تَنْبَغِي إِلَّا لِعَبْدٍ مِنْ عِبَادِ اللَّهِ وَأَرْجُو أَنْ أَكُونَ أَنَا هُوَ فَمَنْ سَأَلَ لِي الْوَسِيلَةَ حَلَّتْ لَهُ الشَّفَاعَةُ
“Azanı eşidib müəzzinin dediklərini axıra qədər təkrar edən şəxs söylədiklərini bitirdikdən sonra Peyğəmbərə ﷺ salavat gətirməlidir. Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Müəzzinin azan verdiyini eşitdiyiniz zaman siz də onun dediklərini təkrar edin, sonra da mənə salavat deyin. Kim mənə bir salavat edərsə, Allah ona bunun sayəsində on salavat edər. Sonra Allahdan mənim üçün “vasitə” istəyin. Həqiqətən o, Cənnətdə Allahın qullarından bir qul üçün layiq görülmüş bir yerdir. Mən ümid edirəm ki, o yer mənə veriləcəkdir. Kim mənim üçün “vasitə” istəyərsə, şəfaətimə nail olar”.”
Qeyd
Muslim, 384, 577, 875.
İstinad
Müsəlmanın qalası, 26 (Kitab 16, 3)
Hədislərlə müsəlmanın qalası — Azan zikrləri