اللَّهُمَّ رَبَّ السَّمَوَاتِ السَّبْعِ، وَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ، كُنْ لِي جَاراً مِنْ فُلاَنِ بْنِ فُلاَنٍ، وَ أَحْزَابِهِ مِنْ خَلاَئِقِكَ ؛ أَنْ يَفْرُطَ عَلَيَّ أَحَدٌ مِنْهُمْ أَوْ يَطْغَى، عَزَّ جَارُكَ، وَ جَلَّ ثَنَاؤُكَ، وَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ
Alla:hummə Rabbəs-səmə:və:tis-səb'i va Rabbəl-arşil-azi:m kun li: cə:ran min fulə:n ibni fulə:nin va əhzə:bihi min xalə:iqikə, ən yəfruta aleyyə əhədun minhum, əu yətğa:, azzə cə:rukə va cəllə sənə:ukə va lə: ilə:hə illə: ənt!
Allahım, yeddi qat səmanın Rəbbi, böyük Ərşin Rəbbi! Filankəsin oğlu filankəsdən (həmin adamın adı çəkilir) və yaratdıqların arasında onun köməkçilərindən mənim üçün himayəçi ol ki, onlardan heç biri mənimlə ədavət aparmasın və ya mənə təcavüz etməsin. Sənin himayən altına aldığın kimsə qüdrətlidir. Uca təriflər Sənədir və Səndən başqa ibadətə layiq məbud yoxdur!
Hədis
قَالَ عَبْدُ اللَّهِ بْنُ مَسْعُودٍ: إِذَا كَانَ عَلَى أَحَدِكُمْ إِمَامٌ يَخَافُ تَغَطْرُسَهُ أَوْ ظُلْمَهُ، فَلْيَقُلِ: اللَّهُمَّ رَبَّ السَّمَاوَاتِ السَّبْعِ، وَرَبَّ الْعَرْشِ الْعَظِيمِ، كُنْ لِي جَارًا مِنْ فُلاَنِ بْنِ فُلاَنٍ وَأَحْزَابِهِ مِنْ خَلاَئِقِكَ، أَنْ يَفْرُطَ عَلَيَّ أَحَدٌ مِنْهُمْ أَوْ يَطْغَى، عَزَّ جَارُكَ، وَجَلَّ ثَنَاؤُكَ، وَلا إِلَهَ إِلا أَنْتَ.
“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Sizdən biri öz rəhbərinin təkəbbüründən və zülmündən qorxduğu zaman desin: “Allahım, yeddi qat səmanın Rəbbi, böyük Ərşin Rəbbi! Filankəsin oğlu filankəsdən və yaratdıqların arasında onun köməkçilərindən mənim üçün himayəçi ol ki, onlardan heç biri mənimlə ədavət aparmasın və ya mənə təcavüz etməsin. Sənin himayən altına aldığın kimsə qüdrətlidir. Uca təriflər Sənədir və Səndən başqa ibadətə layiq məbud yoxdur!””
Qeyd
Həmin şəxsin adını çəkirsən. əl-Buxari “Ədəbul-Mufrad” 707. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 548.