Rəhbərin zülmündən qorxan kimsənin etdiyi dua
Dua

اللَّهُ أَكْبَرُ، اللَّهُ أَعَزُّ مِنْ خَلْقِهِ جَمِيعاً، اللَّهُ أَعَزُّ مِمَّا أَخَافُ وَ أَحْذَرُ، أَعُوذُ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ، الْمُمْسِكِ السَّمَوَاتِ السَّبْعِ أَنْ يَقَعْنَ عَلَى الأَرْضِ إِلاَّ بِإِذْنِهِ، مِنْ شَرِّ عَبْدِكَ فُلاَنٍ، وَ جُنُودِهِ وَ أَتْبَاعِهِ وَ أَشْيَاعِهِ، مِنَ الْجِنِّ وَ اْلإِنْسِ، اللَّهُمَّ كُنْ لِي جَاراً مِنْ شَرِّهِمْ، جَلَّ ثَنَاؤُكَ وَ عَزَّ جَارُكَ، وَ تَبَارَكَ اسْمُكَ، وَ لاَ إِلَهَ غَيْرُكَ

Alla:hu Əkbər, Alla:hu ə'azzu min xalqihi cəmi:an, Alla:hu ə'azzu mimmə: əxa:fu va əhzəru, əu:zu billə:hilləzi: lə: ilə:hə illə: huvə, əlmumsikis-səmə:və:tis-səb'i ən yəqa'nə aləl-ərdi illə: bi iznihi, min şərri abdikə fulə:nin (həmin adamın adı çəkilir) va cunu:dihi va ətbə:i'hi va əşyə:i'hi minəl-cinni val-insi, Alla:hummə, kun li: cə:ran min şərrihim, cəllə sənə:ukə va azzə cə:rukə va təbə:rakəsmukə va lə: ilə:hə ğayruk!

Allah ən Böyükdür! Allah bütün yaratdıqlarından qüdrətlidir. Allah qorxduğum və həzər etdiyim hər şeydən qüdrətlidir. Allahım! Sənin filan qulunun şərindən, onun cinlərdən və insanlardan olan qoşunundan, köməkçilərindən və tərəfdarlarından, Özündən başqa ibadətə layiq məbud olmayan, Öz izni olmadan yerin üzərinə düşməsin deyə yeddi göyü saxlayan, Allaha sığınıram! Allahım, onların şərindən məni himayə et! Uca təriflər Sənədir! Sənin himayə etdiyin kimsə qüdrətlidir. Sənin adın mübarəkdir və Səndən başqa ibadətə layiq məbud yoxdur!

Hədis

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ: إِذَا أَتَيْتَ سُلْطَانًا مَهِيبًا، تَخَافُ أَنْ يَسْطُوَ بِكَ، فَقُلِ: اللَّهُ أَكْبَرُ، اللَّهُ أَعَزُّ مِنْ خَلْقِهِ جَمِيعًا، اللَّهُ أَعَزُّ مِمَّا أَخَافُ وَأَحْذَرُ، أَعُوذُ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ، الْمُمْسِكُ السَّمَاوَاتِ السَّبْعَ أَنْ يَقَعْنَ عَلَى الأَرْضِ إِلاَّ بِإِذْنِهِ، مِنْ شَرِّ عَبْدِكَ فُلاَنٍ، وَجُنُودِهِ وَأَتْبَاعِهِ وَأَشْيَاعِهِ مِنَ الْجِنِّ وَالإِنْسِ، اللَّهُمَّ كُنْ لِي جَارًا مِنْ شَرِّهِمْ، جَلَّ ثَنَاؤُكَ، وَعَزَّ جَارُكَ، وَتَبَارَكَ اسْمُكَ، وَلاَ إِلَهَ غَيْرُكَ، ثَلاَثَ مَرَّاتٍ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Sənə təzyiq etməsindən qorxduğun qəddar rəhbərin yanına getdikdə üç dəfə belə de: “Allah ən Böyükdür! Allah bütün yaratdıqlarından qüdrətlidir. Allah qorxduğum və həzər etdiyim hər kəsdən qüdrətlidir! Allahım, Sənin filan qulunun şərindən, onun cinlərdən və insanlardan olan qoşunundan, onun köməkçilərindən və havadarlarından Özündən başqa ibadətə layiq məbud olmayan, Öz izni olmadan yer üzərinə düşməsin deyə yeddi göyü saxlayan Allaha sığınıram! Allahım, onların şərindən məni himayə et! Uca təriflər Sənədir. Sənin himayə etdiyin kimsə qüdrətlidir. Sənin adın mübarəkdir və Səndən başqa ibadətə layiq məbud yoxdur!””

İbn Abbas
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 708. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 549.

İstinad

Müsəlmanın qalası, 136 (Kitab 39, 2)

Hədislərlə müsəlmanın qalası — Rəhbərin zülmündən qorxan kimsənin etdiyi dua