Düşmənə qarşı edilən dua
Dua

اللَّهُمَّ مُنْزِلَ الْكِتَابِ، سَرِيعَ الْحِسَابِ، اهْزِمِ الأَحْزَابَ، اللَّهُمَّ اهْزِمْهُمْ وَ زَلْزِلْهُمْ

Alla:hummə, munziləl-kitə:bi, səri:a'l-hisə:bi ihzimil-əhzə:bə, Alla:humməh-zimhum va zəlzilhum!

Kitabı nazil edən, haqq-hesabı tez çəkən Allahım! Düşmənlərdən olan dəstələri darmadağın et! Allahım, onları yerlə yeksan et və onları sarsıt!

Hədis

سَمِعَ عَبْدَ اللَّهِ بْنَ أَبِى أَوْفَى يَقُولُ دَعَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ الأَحْزَابِ عَلَى الْمُشْرِكِينَ فَقَالَ «اللَّهُمَّ مُنْزِلَ الْكِتَابِ سَرِيعَ الْحِسَابِ ، اللَّهُمَّ اهْزِمِ الأَحْزَابَ ، اللَّهُمَّ اهْزِمْهُمْ وَزَلْزِلْهُمْ»

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Əufə ﵄ demişdir: “Peyğəmbər ﷺ Xəndək döyüşündə müşriklərin əleyhinə dua edib dedi: “Kitabı nazil edən, haqq-hesabı tez çəkən Allahım! Düşmənlərdən olan dəstələri darmadağın et! Allahım, onları yerlə yeksan et və onları sarsıt!””

Abdullah ibn Əbu Əufə
Səhih

Qeyd

əl-Buxari, 2716, 2933; Muslim, 3277, 4671.

İstinad

Müsəlmanın qalası, 137 (Kitab 40, 1)

Hədislərlə müsəlmanın qalası — Düşmənə qarşı edilən dua