Hədislərlə müsəlmanın qalasıDuaların daha tez qəbul olan məqamları

Kitab 136

Duaların daha tez qəbul olan məqamları

13

hədis

Fəsil 137

Səcdə vəziyyətində

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: أَقْرَبُ مَا يَكُونُ الْعَبْدُ مِنْ رَبِّهِ وَهُوَ سَاجِدٌ فَأَكْثِرُوا الدُّعَاءَ... أَلاَ وَإِنِّى نُهِيتُ أَنْ أَقْرَأَ الْقُرْآنَ رَاكِعًا أَوْ سَاجِدًا, فَأَمَّا الرُّكُوعُ, فَعَظِّمُوا فِيهِ الرَّبَّ عَزَّ وَجَلَّ وَأَمَّا السُّجُودُ فَاجْتَهِدُوا فِى الدُّعَاءِ, فَقَمِنٌ أَنْ يُسْتَجَابَ لَكُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziyyətidir. Odur ki, (səcdədə) duaları çoxaldın!” Digər rəvayətdə deyilir: “Mənə rukuda və səcdədə Quran oxumaq qadağan edildi. Rukuda siz Rəbbi ﷿ təzim edin, səcdədə isə çoxlu dua edin. Belə etsəniz, dualarınız daha tez qəbul olar”.”

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 282 (Kitab 136, 1)

Qeyd

Muslim, 482, 744, 1111. Muslim, 479, 1102; Əbu Davud, 876.

Fəsil 138

Gecənin sonu və fərz namazlarının axırı

عَنْ أَبِى هُرَيْرَة عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِى لأَمَرْتُهُمْ بِالسِّوَاكِ مَعَ الْوُضُوءِ وَلأَخَّرْتُ الْعِشَاءَ إِلَى ثُلُثِ اللَّيْلِ أَوْ نِصْفِ اللَّيْلِ فَإِذَا مَضَى ثُلُثُ اللَّيْلِ أَوْ نِصْفُ اللَّيْلِ نَزَلَ إِلَى السَّمَاءِ الدُّنْيَا عَزَّ وَجَلَّ فَقَالَ هَلْ مِنْ سَائِلٍ فَأُعْطِيَهُ هَلْ مِنْ مُسْتَغْفِرٍ فَأَغْفِرَ لَهُ هَلْ مِنْ تَائِبٍ فَأَتُوبَ عَلَيْهِ هَلْ مِنْ دَاعٍ فَأُجِيبَهُ»... «أَقْرَبُ مَا يَكُونُ الرَّبُّ مِنَ الْعَبْدِ فِى جَوْفِ اللَّيْلِ الآخِرِ فَإِنِ اسْتَطَعْتَ أَنْ تَكُونَ مِمَّنْ يَذْكُرُ اللَّهَ فِى تِلْكَ السَّاعَةِ فَكُنْ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Əgər ümmətim üçün çətin olmasaydı, mən onlara dəstəmazla yanaşı misvakdan istifadə etməyi əmr edərdim və İşa namazını gecənin üçdə birinə və ya yarısına qədər gecikdirərdim. Gecənin üçdə biri və ya yarısı keçdikdə Allah ﷿ dünya səmasına enir və belə deyir: “İstəyən varmı ona verim! Bağışlanma diləyən varmı onu bağışlayım! Tövbə edən varmı onun tövbəsini qəbul edim! Dua edən varmı onun duasını qəbul edim!” Digər rəvayətdə Peyğəmbər ﷺ buyurur: “Rəbbin qula ən yaxın olan vaxtı gecənin axırıdır. Əgər o vaxt Allahı zikr edənlərdən olmağı bacarırsansa, ol!””

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 283 (Kitab 136, 2)

Qeyd

Əhməd, 9589, 9591, 9220, 9841. Şueyb əl-Arnavut əl-Buxari və Muslimin şərtlərinə görə isnadının səhih olduğunu bildirmişdir. ət-Tirmizi, 3579, 3928. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1173.

عَنْ أَبِى أُمَامَةَ قَالَ قِيلَ يَا رَسُولَ اللَّهِ أَىُّ الدُّعَاءِ أَسْمَعُ قَالَ «جَوْفُ اللَّيْلِ الآخِرُ وَدُبُرَ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ». عَنْ أَبِى ذَرٍّ وَابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «جَوْفُ اللَّيْلِ الآخِرُ الدُّعَاءُ فِيهِ أَفْضَلُ أَوْ أَرْجَى».

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisindən ﷺ soruşuldu: “Hansı dua ən tez qəbul olunur?” Allah Elçisi ﷺ buyurdu: “Gecənin axırında və fərz namazının sonunda edilən dua”. Əbu Zərr və İbn Ömər ﵃ rəvayət edirlər ki, Peyğəmbər ﷺ buyurdu: “Gecənin axırı edilən dua daha fəzilətlidir və (qəbul olunması) daha çox ümidvericidir”.”

Əbu Umamə
HəsənMüsəlmanın qalası, 284 (Kitab 136, 3)

Qeyd

Yəni təşəhhüddən sonra salam verməmişdən qabaq. ət-Tirmizi, 3499, 3838. Hədis həsəndir. Bax: əl-Kəlimut-Tayyib, 70/113.

Fəsil 139

Azan və iqamə arasında

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو أَنَّ رَجُلاً قَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ الْمُؤَذِّنِينَ يَفْضُلُونَنَا. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «قُلْ كَمَا يَقُولُونَ فَإِذَا انْتَهَيْتَ فَسَلْ تُعْطَهْ»...«إِذَا نُودِيَ بِالصَّلاَة فُتِحَت أَبْوَابُ السَّمَاءِ وَاسْتُجِيبَ الدُّعَاء».

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, bir kişi: “Ey Allahın Elçisi, müəzzinlər bizdən üstün oldular”- dedi. Allah Elçisi ﷺ buyurdu: “Onların söylədikləri kimi de, bitirdikdən sonra istədiyini dilə, sənə veriləcək”. Digər rəvayətdə deyilir: “Namaza azan verildikdə, səma qapıları açılır və dua qəbul olunur”.”

Abdullah ibn Amr
SəhihMüsəlmanın qalası, 285 (Kitab 136, 4)

Qeyd

Əbu Davud, 524, 526. Hədis həsən səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 256. Əbu Yalə, 4072. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1413.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «الدُّعَاءُ لاَ يُرَدُّ بَيْنَ الأَذَانِ وَالإِقَامَةِ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Azan ilə iqamə arası edilən dua rədd olunmaz”.”

Ənəs ibn Malik
SəhihMüsəlmanın qalası, 286 (Kitab 136, 5)

Qeyd

Əhməd, 12200, 12221. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 244.

Fəsil 140

Yağış yağarkən və döyüş meydanında

عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «ثِنْتَانِ لاَ تُرَدَّانِ أَوْ قَلَّمَا تُرَدَّانِ الدُّعَاءُ عِنْدَ النِّدَاءِ وَعِنْدَ الْبَأْسِ حِينَ يُلْحِمُ بَعْضُهُمْ بَعْضًا». عَنْ سَهْلِ بْنِ سَعْدٍ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «وَوَقْتُ الْمَطَرِ».

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İki dua rədd edilməz və ya nadir halda rədd edilər; azan verildikdə və döyüş meydanında düşmənlə qarşılaşdıqda edilən dua”. Həmçinin Peyğəmbər ﷺ dedi: “Və yağış vaxtı!””

Səhl ibn Səd
SəhihMüsəlmanın qalası, 287 (Kitab 136, 6)

Qeyd

Əbu Davud, 2540, 2542. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 672.

Fəsil 141

Çox zikr edənin, ədalətli rəhbərin və məzlumun duası

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «ثَلاثَةٌ لا يَردُّ اللهُ دُعَاءَهُمْ: الذَّاكر الله كَثِيراً، وَدَعْوَةُ الْمَظْلُومِ، وَالإِمَامُ الْمُقْسِط».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç nəfərin duası rədd edilməz; Allahı çox xatırlayanın, məzlumun və ədalətli rəhbərin duası”.”

Əbu Hureyra
HəsənMüsəlmanın qalası, 288 (Kitab 136, 7)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 7358. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1211.

Fəsil 142

Zikr etdikdən sonra

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : جَاءَتْ أُمُّ سُلَيْمٍ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، عَلِّمْنِي كَلِمَاتٍ أَدْعُو بِهِنَّ قَالَ : تُسَبِّحِينَ اللَّهَ عَشْرًا ، وَتَحْمَدِينَهُ عَشْرًا ، وَتُكَبِّرِينَهُ عَشْرًا ، ثُمَّ سَلِي حَاجَتَكِ ، فَإِنَّهُ يَقُولُ : قَدْ فَعَلْتُ ، قَدْ فَعَلْتُ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Ummu Suleym Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, mənə elə sözlər öyrət ki, onlarla dua edim”. Peyğəmbər ﷺ belə buyurdu: “Allahı on dəfə təsbih et (“subhə:n-Allah” de), on dəfə həmd et (“əlhəmdulilləh” de), on dəfə təkbir et (“Alla:hu Əkbər” de), sonra isə diləyini istə. Allah dərhal deyər: “Artıq )istədiyini) etdim! Artıq (istədiyini) etdim!””

Ənəs ibn Malik
SəhihMüsəlmanın qalası, 289 (Kitab 136, 8)

Qeyd

Əhməd, 12207, 12228. Hədisin isnadı səhihdir. Bax: Silsilə əs-Səhihə, 3336.

Fəsil 143

Valideynin, oruc tutanın və müsafirin duası

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «ثَلاَثُ دَعَوَاتٍ لاَ تُرَدُّ دَعْوَةُ الْوَالِدِ، وَدَعْوَةُ الصَّائِمِ وَدَعْوَةُ الْمُسَافِرِ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Üç dua rədd olunmur; valideynin övladı üçün etdiyi dua, oruc tutanın duası və müsafirin duası”.”

Ənəs ibn Malik
SəhihMüsəlmanın qalası, 290 (Kitab 136, 9)

Qeyd

əl-Beyhəqi “Sunənul-Kubra” 6619; əd-Diya “Əhədisul-Muxtəra” 2057. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3032.

Fəsil 144

Xoruz banlayarkən

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا سَمِعْتُمْ صِيَاحَ الدِّيَكَةِ فَسَلُوا اللَّهَ تَعَالَى مِنْ فَضْلِهِ فَإِنَّهَا رَأَتْ مَلَكًا وَإِذَا سَمِعْتُمْ نَهِيقَ الْحِمَارِ فَتَعَوَّذُوا بِاللَّهِ مِنَ الشَّيْطَانِ فَإِنَّهَا رَأَتْ شَيْطَانًا ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Xoruzun banlamasını eşitsəniz, Allahdan Onun lütfünü diləyin, çünki o, mələk görmüşdür. Uzunqulağın anqırmasını eşitsəniz, şeytandan Allaha sığının, çünki o, şeytan görmüşdür”.”

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 291 (Kitab 136, 10)

Qeyd

Yəni dua edin. Əbu Davud, 5103, 5105. Hədis səhihdir. Bax: Səhih əl-Kəlimut-Tayyib, 220.

Fəsil 145

Cümə günü

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَكَرَ يَوْمَ الْجُمُعَةِ فَقَالَ «فِيهِ سَاعَةٌ لَا يُوَافِقُهَا عَبْدٌ مُسْلِمٌ وَهُوَ يُصَلِّي يَسْأَلُ اللَّهَ شَيْئًا إِلَّا أَعْطَاهُ إِيَّاهُ زَادَ قُتَيْبَةُ فِي رِوَايَتِهِ وَأَشَارَ بِيَدِهِ يُقَلِّلُهَا»... «الْتَمِسُوا السَّاعَةَ الَّتِى تُرْجَى فِى يَوْمِ الْجُمُعَةِ بَعْدَ الْعَصْرِ إِلَى غَيْبُوبَةِ الشَّمْسِ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Cümə günü haqqında danışdı və belə buyurdu: “Cümə günündə elə bir saat var ki, hər hansı müsəlman bəndə namazda ikən həmin saatda Allahdan bir şey istəyərsə, şübhəsiz Allah ona istədiyini verər”. Əli ilə işarə edərək saatın qısa bir vaxt olduğunu göstərdi. Digər rəvayətdə deyilir: “(Duaların qəbul olunacağı) vaxtı axtarın! Ümid edilir ki, bu, Cümə günü Əsrdən sonra günəş batana qədər olan vaxtdadır”.”

Əbu Hureyra
SəhihMüsəlmanın qalası, 292 (Kitab 136, 11)

Qeyd

Digər rəvayətdə buna izah gətirilir: Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Günəşin üzərinə doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm yaradılmış, o gün yer üzünə endirilmiş, o gün tövbəsi qəbul edilmiş və o gün vəfat etmişdir. Qiyamət günü də o gün qopacaq. Cin və insanlardan başqa elə bir canlı yoxdur ki, Cümə günü dan yeri ağarandan günəş çıxana qədər Qiyamətin qopmasına görə qorxu içində gözləməsinlər. Bu gündə elə bir saat var ki, müsəlman bir qul həmin saatda namaz qılarkən Allahdan dilədiyini Allah ona verər”. Kəb dedi: “Bu hər ildə bir gündür”. Mən dedim: “Xeyr, hər Cümədir”. Kəb Tövratı oxudu və dedi: “Peyğəmbər ﷺ doğru söyləyib”. Əbu Hureyra dedi: “Bundan sonra mən Abdullah ibn Səlamla rastlaşdım. Ona Kəblə olan söhbəti dedim. Abdullah ibn Səlam dedi: “Mən o saatın hansı saat olduğunu bilirəm”. Əbu Hureyra dedi: “Mən dedim: “Elə isə mənə də söylə!” O dedi: “Cümə gününün ən son saatıdır”. Mən dedim: “Bu necə ola bilər?! Axı Allah Elçisi ﷺ: “Müsəlman bir qul həmin saatda namaz qılarkən...”- deyib. Bu ən son saatda isə namaz qılınmaz”. Abdullah ibn Səlam dedi: “Allah Elçisi ﷺ: “Namaz qılmaq üçün bir yerdə oturub gözləyən şəxs namaz qılıncaya qədər namazdadır”- deyə buyurmayıbmı?!” Mən: “Bəli”- dedim. O da buyurdu: “Bu da belədir”. (Əbu Davud, 1048. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1359). Muslim, 852, 1406. ət-Tirmizi, 489, 491. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2583.

Fəsil 146

Allahın bu adları ilə davamlı dua edin

عَنْ أَسْمَاءَ بِنْتِ يَزِيدَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «اسْمُ اللَّهِ الأَعْظَمُ فِى هَاتَيْنِ الآيَتَيْنِ {وَإِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ لاَ إِلَهَ إِلاَّ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ} وَفَاتِحَةُ سُورَةِ آلِ عِمْرَانَ {الم اللَّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَىُّ الْقَيُّومُ}

“Əsmə bint Yəzid ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allahın ən əzəmətli adı bu iki ayədədir: “Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir (ər-Rahmən, ər-Rahim)” (əl-Bəqərə, 163). Ali-İmran surəsinin əvvəli: “Əlif. Ləm. Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur (əl-Həyy, əl-Qayyum)”. (Ali-İmran, 1-2)”.”

Əsmə bint Yəzid
HəsənMüsəlmanın qalası, 293 (Kitab 136, 12)

Qeyd

Əbu Davud, 1496, 1498; İbn Məcə, 3855. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 980.

عَنْ أَنَسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَلِظُّوا بِيَا ذَا الْجَلاَلِ وَالإِكْرَامِ ». يَا ذَا الْجَلاَلِ وَالإِكْرَامِ

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ey əzəmət və ehtiram Sahibi! – (Yə: Zəl-Cələ:li vəl-İkram)”- (adı ilə) dua etməyi davamlı edin”.”

Ənəs
SəhihMüsəlmanın qalası, 294 (Kitab 136, 13)

Qeyd

ət-Tirmizi, 3525, 3868. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1536.