Duaların daha tez qəbul olan məqamları

Cümə günü

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَكَرَ يَوْمَ الْجُمُعَةِ فَقَالَ «فِيهِ سَاعَةٌ لَا يُوَافِقُهَا عَبْدٌ مُسْلِمٌ وَهُوَ يُصَلِّي يَسْأَلُ اللَّهَ شَيْئًا إِلَّا أَعْطَاهُ إِيَّاهُ زَادَ قُتَيْبَةُ فِي رِوَايَتِهِ وَأَشَارَ بِيَدِهِ يُقَلِّلُهَا»... «الْتَمِسُوا السَّاعَةَ الَّتِى تُرْجَى فِى يَوْمِ الْجُمُعَةِ بَعْدَ الْعَصْرِ إِلَى غَيْبُوبَةِ الشَّمْسِ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Cümə günü haqqında danışdı və belə buyurdu: “Cümə günündə elə bir saat var ki, hər hansı müsəlman bəndə namazda ikən həmin saatda Allahdan bir şey istəyərsə, şübhəsiz Allah ona istədiyini verər”. Əli ilə işarə edərək saatın qısa bir vaxt olduğunu göstərdi. Digər rəvayətdə deyilir: “(Duaların qəbul olunacağı) vaxtı axtarın! Ümid edilir ki, bu, Cümə günü Əsrdən sonra günəş batana qədər olan vaxtdadır”.”

Əbu Hureyra
Səhih

Qeyd

Digər rəvayətdə buna izah gətirilir: Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: “Günəşin üzərinə doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm yaradılmış, o gün yer üzünə endirilmiş, o gün tövbəsi qəbul edilmiş və o gün vəfat etmişdir. Qiyamət günü də o gün qopacaq. Cin və insanlardan başqa elə bir canlı yoxdur ki, Cümə günü dan yeri ağarandan günəş çıxana qədər Qiyamətin qopmasına görə qorxu içində gözləməsinlər. Bu gündə elə bir saat var ki, müsəlman bir qul həmin saatda namaz qılarkən Allahdan dilədiyini Allah ona verər”. Kəb dedi: “Bu hər ildə bir gündür”. Mən dedim: “Xeyr, hər Cümədir”. Kəb Tövratı oxudu və dedi: “Peyğəmbər ﷺ doğru söyləyib”. Əbu Hureyra dedi: “Bundan sonra mən Abdullah ibn Səlamla rastlaşdım. Ona Kəblə olan söhbəti dedim. Abdullah ibn Səlam dedi: “Mən o saatın hansı saat olduğunu bilirəm”. Əbu Hureyra dedi: “Mən dedim: “Elə isə mənə də söylə!” O dedi: “Cümə gününün ən son saatıdır”. Mən dedim: “Bu necə ola bilər?! Axı Allah Elçisi ﷺ: “Müsəlman bir qul həmin saatda namaz qılarkən...”- deyib. Bu ən son saatda isə namaz qılınmaz”. Abdullah ibn Səlam dedi: “Allah Elçisi ﷺ: “Namaz qılmaq üçün bir yerdə oturub gözləyən şəxs namaz qılıncaya qədər namazdadır”- deyə buyurmayıbmı?!” Mən: “Bəli”- dedim. O da buyurdu: “Bu da belədir”. (Əbu Davud, 1048. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 1359). Muslim, 852, 1406. ət-Tirmizi, 489, 491. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2583.

İstinad

Müsəlmanın qalası, 292 (Kitab 136, 11)

Hədislərlə müsəlmanın qalası — Duaların daha tez qəbul olan məqamları