Xoruz banlayarkən
عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا سَمِعْتُمْ صِيَاحَ الدِّيَكَةِ فَسَلُوا اللَّهَ تَعَالَى مِنْ فَضْلِهِ فَإِنَّهَا رَأَتْ مَلَكًا وَإِذَا سَمِعْتُمْ نَهِيقَ الْحِمَارِ فَتَعَوَّذُوا بِاللَّهِ مِنَ الشَّيْطَانِ فَإِنَّهَا رَأَتْ شَيْطَانًا ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Xoruzun banlamasını eşitsəniz, Allahdan Onun lütfünü diləyin, çünki o, mələk görmüşdür. Uzunqulağın anqırmasını eşitsəniz, şeytandan Allaha sığının, çünki o, şeytan görmüşdür”.”
Qeyd
Yəni dua edin. Əbu Davud, 5103, 5105. Hədis səhihdir. Bax: Səhih əl-Kəlimut-Tayyib, 220.
İstinad
Müsəlmanın qalası, 291 (Kitab 136, 10)
Hədislərlə müsəlmanın qalası — Duaların daha tez qəbul olan məqamları