Duaların daha tez qəbul olan məqamları

Allahın bu adları ilə davamlı dua edin

عَنْ أَسْمَاءَ بِنْتِ يَزِيدَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «اسْمُ اللَّهِ الأَعْظَمُ فِى هَاتَيْنِ الآيَتَيْنِ {وَإِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ لاَ إِلَهَ إِلاَّ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ} وَفَاتِحَةُ سُورَةِ آلِ عِمْرَانَ {الم اللَّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَىُّ الْقَيُّومُ}

“Əsmə bint Yəzid ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allahın ən əzəmətli adı bu iki ayədədir: “Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir (ər-Rahmən, ər-Rahim)” (əl-Bəqərə, 163). Ali-İmran surəsinin əvvəli: “Əlif. Ləm. Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur (əl-Həyy, əl-Qayyum)”. (Ali-İmran, 1-2)”.”

Əsmə bint Yəzid
Həsən

Qeyd

Əbu Davud, 1496, 1498; İbn Məcə, 3855. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 980.

İstinad

Müsəlmanın qalası, 293 (Kitab 136, 12)

Hədislərlə müsəlmanın qalası — Duaların daha tez qəbul olan məqamları