Duaların daha tez qəbul olan məqamları

Gecənin sonu və fərz namazlarının axırı

عَنْ أَبِى هُرَيْرَة عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِى لأَمَرْتُهُمْ بِالسِّوَاكِ مَعَ الْوُضُوءِ وَلأَخَّرْتُ الْعِشَاءَ إِلَى ثُلُثِ اللَّيْلِ أَوْ نِصْفِ اللَّيْلِ فَإِذَا مَضَى ثُلُثُ اللَّيْلِ أَوْ نِصْفُ اللَّيْلِ نَزَلَ إِلَى السَّمَاءِ الدُّنْيَا عَزَّ وَجَلَّ فَقَالَ هَلْ مِنْ سَائِلٍ فَأُعْطِيَهُ هَلْ مِنْ مُسْتَغْفِرٍ فَأَغْفِرَ لَهُ هَلْ مِنْ تَائِبٍ فَأَتُوبَ عَلَيْهِ هَلْ مِنْ دَاعٍ فَأُجِيبَهُ»... «أَقْرَبُ مَا يَكُونُ الرَّبُّ مِنَ الْعَبْدِ فِى جَوْفِ اللَّيْلِ الآخِرِ فَإِنِ اسْتَطَعْتَ أَنْ تَكُونَ مِمَّنْ يَذْكُرُ اللَّهَ فِى تِلْكَ السَّاعَةِ فَكُنْ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Əgər ümmətim üçün çətin olmasaydı, mən onlara dəstəmazla yanaşı misvakdan istifadə etməyi əmr edərdim və İşa namazını gecənin üçdə birinə və ya yarısına qədər gecikdirərdim. Gecənin üçdə biri və ya yarısı keçdikdə Allah ﷿ dünya səmasına enir və belə deyir: “İstəyən varmı ona verim! Bağışlanma diləyən varmı onu bağışlayım! Tövbə edən varmı onun tövbəsini qəbul edim! Dua edən varmı onun duasını qəbul edim!” Digər rəvayətdə Peyğəmbər ﷺ buyurur: “Rəbbin qula ən yaxın olan vaxtı gecənin axırıdır. Əgər o vaxt Allahı zikr edənlərdən olmağı bacarırsansa, ol!””

Əbu Hureyra
Səhih

Qeyd

Əhməd, 9589, 9591, 9220, 9841. Şueyb əl-Arnavut əl-Buxari və Muslimin şərtlərinə görə isnadının səhih olduğunu bildirmişdir. ət-Tirmizi, 3579, 3928. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1173.

İstinad

Müsəlmanın qalası, 283 (Kitab 136, 2)

Hədislərlə müsəlmanın qalası — Duaların daha tez qəbul olan məqamları