Duaların daha tez qəbul olan məqamları

Səcdə vəziyyətində

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: أَقْرَبُ مَا يَكُونُ الْعَبْدُ مِنْ رَبِّهِ وَهُوَ سَاجِدٌ فَأَكْثِرُوا الدُّعَاءَ... أَلاَ وَإِنِّى نُهِيتُ أَنْ أَقْرَأَ الْقُرْآنَ رَاكِعًا أَوْ سَاجِدًا, فَأَمَّا الرُّكُوعُ, فَعَظِّمُوا فِيهِ الرَّبَّ عَزَّ وَجَلَّ وَأَمَّا السُّجُودُ فَاجْتَهِدُوا فِى الدُّعَاءِ, فَقَمِنٌ أَنْ يُسْتَجَابَ لَكُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziyyətidir. Odur ki, (səcdədə) duaları çoxaldın!” Digər rəvayətdə deyilir: “Mənə rukuda və səcdədə Quran oxumaq qadağan edildi. Rukuda siz Rəbbi ﷿ təzim edin, səcdədə isə çoxlu dua edin. Belə etsəniz, dualarınız daha tez qəbul olar”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 482, 744, 1111. Muslim, 479, 1102; Əbu Davud, 876.

İstinad

Müsəlmanın qalası, 282 (Kitab 136, 1)

Hədislərlə müsəlmanın qalası — Duaların daha tez qəbul olan məqamları