Duaların daha tez qəbul olan məqamları

Gecənin sonu və fərz namazlarının axırı

عَنْ أَبِى أُمَامَةَ قَالَ قِيلَ يَا رَسُولَ اللَّهِ أَىُّ الدُّعَاءِ أَسْمَعُ قَالَ «جَوْفُ اللَّيْلِ الآخِرُ وَدُبُرَ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ». عَنْ أَبِى ذَرٍّ وَابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «جَوْفُ اللَّيْلِ الآخِرُ الدُّعَاءُ فِيهِ أَفْضَلُ أَوْ أَرْجَى».

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisindən ﷺ soruşuldu: “Hansı dua ən tez qəbul olunur?” Allah Elçisi ﷺ buyurdu: “Gecənin axırında və fərz namazının sonunda edilən dua”. Əbu Zərr və İbn Ömər ﵃ rəvayət edirlər ki, Peyğəmbər ﷺ buyurdu: “Gecənin axırı edilən dua daha fəzilətlidir və (qəbul olunması) daha çox ümidvericidir”.”

Əbu Umamə
Həsən

Qeyd

Yəni təşəhhüddən sonra salam verməmişdən qabaq. ət-Tirmizi, 3499, 3838. Hədis həsəndir. Bax: əl-Kəlimut-Tayyib, 70/113.

İstinad

Müsəlmanın qalası, 284 (Kitab 136, 3)

Hədislərlə müsəlmanın qalası — Duaların daha tez qəbul olan məqamları