Azan və iqamə arasında
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو أَنَّ رَجُلاً قَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ الْمُؤَذِّنِينَ يَفْضُلُونَنَا. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «قُلْ كَمَا يَقُولُونَ فَإِذَا انْتَهَيْتَ فَسَلْ تُعْطَهْ»...«إِذَا نُودِيَ بِالصَّلاَة فُتِحَت أَبْوَابُ السَّمَاءِ وَاسْتُجِيبَ الدُّعَاء».
“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, bir kişi: “Ey Allahın Elçisi, müəzzinlər bizdən üstün oldular”- dedi. Allah Elçisi ﷺ buyurdu: “Onların söylədikləri kimi de, bitirdikdən sonra istədiyini dilə, sənə veriləcək”. Digər rəvayətdə deyilir: “Namaza azan verildikdə, səma qapıları açılır və dua qəbul olunur”.”
Qeyd
Əbu Davud, 524, 526. Hədis həsən səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 256. Əbu Yalə, 4072. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1413.
İstinad
Müsəlmanın qalası, 285 (Kitab 136, 4)
Hədislərlə müsəlmanın qalası — Duaların daha tez qəbul olan məqamları