Çox zikr edənin, ədalətli rəhbərin və məzlumun duası
عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «ثَلاثَةٌ لا يَردُّ اللهُ دُعَاءَهُمْ: الذَّاكر الله كَثِيراً، وَدَعْوَةُ الْمَظْلُومِ، وَالإِمَامُ الْمُقْسِط».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç nəfərin duası rədd edilməz; Allahı çox xatırlayanın, məzlumun və ədalətli rəhbərin duası”.”
Əbu Hureyra
HəsənQeyd
əl-Beyhəqi “Şuabul-İman” 7358. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1211.
İstinad
Müsəlmanın qalası, 288 (Kitab 136, 7)
Hədislərlə müsəlmanın qalası — Duaların daha tez qəbul olan məqamları