Zikr etdikdən sonra
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : جَاءَتْ أُمُّ سُلَيْمٍ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، عَلِّمْنِي كَلِمَاتٍ أَدْعُو بِهِنَّ قَالَ : تُسَبِّحِينَ اللَّهَ عَشْرًا ، وَتَحْمَدِينَهُ عَشْرًا ، وَتُكَبِّرِينَهُ عَشْرًا ، ثُمَّ سَلِي حَاجَتَكِ ، فَإِنَّهُ يَقُولُ : قَدْ فَعَلْتُ ، قَدْ فَعَلْتُ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Ummu Suleym Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, mənə elə sözlər öyrət ki, onlarla dua edim”. Peyğəmbər ﷺ belə buyurdu: “Allahı on dəfə təsbih et (“subhə:n-Allah” de), on dəfə həmd et (“əlhəmdulilləh” de), on dəfə təkbir et (“Alla:hu Əkbər” de), sonra isə diləyini istə. Allah dərhal deyər: “Artıq )istədiyini) etdim! Artıq (istədiyini) etdim!””
Qeyd
Əhməd, 12207, 12228. Hədisin isnadı səhihdir. Bax: Silsilə əs-Səhihə, 3336.
İstinad
Müsəlmanın qalası, 289 (Kitab 136, 8)
Hədislərlə müsəlmanın qalası — Duaların daha tez qəbul olan məqamları