الْحمْدُ للهِ الَّذِي عَافَانِي مِمَّا ابْتَلاَكَ بِهِ وَفَضَّلَنِي عَلَى كَثِيرٍ مِمَّنْ خَلَقَ تَفْضِيلاً
Əlhəmdulillə:hilləzi: a:fə:ni: mimməbtələ:kə bihi va fəddaləni: alə: kəsi:rin mimmən xaləqa təfdi:lə:!
Sənə üz vermiş müsibətdən məni salamat edən və məni yaratdıqlarının çoxundan fəzilətli edərək üstün tutan Allaha həmd olsun!
Hədis
عَنْ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ رَأَى صَاحِبَ بَلاَءٍ فَقَالَ الْحَمْدُ لِلَّهِ الَّذِى عَافَانِى مِمَّا ابْتَلاَكَ بِهِ وَفَضَّلَنِى عَلَى كَثِيرٍ مِمَّنْ خَلَقَ تَفْضِيلاً إِلاَّ عُوفِىَ مِنْ ذَلِكَ الْبَلاَءِ كَائِنًا مَا كَانَ مَا عَاشَ ».
“Ömər ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim bəlaya düçar olmuş bir kimsəni gördükdə: “Sənə üz vermiş müsibətdən məni salamat edən və məni yaratdıqlarının çoxundan fəzilətli edərək üstün tutan Allaha həmd olsun!”- deyərsə, yaşadığı müddətdə o bəladan salamat olar”.”
Qeyd
ət-Tirmizi, 3431, 3760; İbn Məcə, 3882. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 602.