Hədislərlə müsəlmanın qalası“Allah səni bağışlasın!” deyən üçün edilən dua

Kitab 90

“Allah səni bağışlasın!” deyən üçün edilən dua

1

hədis

Dua

وَلَكَ

Və ləkə!

Səni də!

Hədis

عَنْ عَبْدِ اللهِ بْنِ سَرْجِسَ ، قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ جَالِسٌ فِي نَاسٍ مِنْ أَصْحَابِهِ فَدُرْتُ خَلْفَهُ هَكَذَا ، فَعَرَفَ الَّذِي أُرِيدُ ، فَأَلْقَى الرِّدَاءَ عَنْ ظَهْرِهِ ، فَرَأَيْتُ مَوْضِعَ الْخَاتَمِ عَلَى نُغْضِ كَتِفِهِ مِثْلَ الْجُمْعِ حَوْلَهُ خِيلاَنٌ , كَأَنَّهَا الثَّآلِيلُ ، فَجِئْتُ حَتَّى اسْتَقْبَلْتُهُ , فَقُلْتُ لَهُ : غَفَرَ اللَّهُ لَكَ يَا رَسُولَ اللهِ ، قَالَ : وَلَكَ ، قَالَ بَعْضُ الْقَوْمِ : أَسْتَغْفَرَ لَكَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : نَعَمْ ، وَلَكُمْ ، ثُمَّ تَلاَ {وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ}.

“Rəvayət edilir ki, Abdullah ibn Sərcis ﵁ demişdir: “Peyğəmbər ﷺ səhabələrindən bir qisminin əhatəsində ikən mən onun yanına gəldim və belə hərlənib (əli ilə göstərir) onun arxa tərəfinə keçdim. O, mənim nə istədiyimi başa düşdü və üst geyimini çiynindən aşağı saldı. Onda mən onun kürəkləri arasında yumruğa bənzər peyğəmbərlik möhürünü gördüm. Üzərində xırda xallar var idi, sanki ziyillərdən ibarət bir ət parçası idi. Sonra gəlib onunla üzbəüz durdum və dedim: “Allah səni bağışlasın, ey Allahın Elçisi!” O da mənə: “Səni də bağışlasın!”– dedi”. Bundan xəbər tutan adamlar: “Peyğəmbər ﷺ sənin üçün Allahdan bağışlanma dilədimi?”– deyə soruşdular. Abdullah onlara: “Bəli, sizin üçün də dilədi”– dedi, sonra da bu ayəni oxudu: “Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə”. (Muhəmməd, 19)”.”

Abdullah ibn Sərcis
SəhihMüsəlmanın qalası, 206 (Kitab 90, 1)

Qeyd

ən-Nəsəi “Sunənul-Kubra” 10054, 10182. Hədis səhihdir. Bax: Muxtəsər əş-Şəməil, səh. 33. ən-Nəsəi “Sunənul-Kubra” 11432, 11496. Hədis səhihdir. Bax: Muxtəsər əş-Şəməil, 20.