عَنْ كَعْبِ بْنِ عُجْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : احْضَرُوا الْمِنْبَرَ فَحَضَرْنَا فَلَمَّا ارْتَقَى دَرَجَةً قَالَ : آمِينَ ، فَلَمَّا ارْتَقَى الدَّرَجَةَ الثَّانِيَةَ قَالَ : آمِينَ فَلَمَّا ارْتَقَى الدَّرَجَةَ الثَّالِثَةَ قَالَ : آمِينَ. فَلَمَّا نَزَلَ قُلْنَا : يَا رَسُولَ اللهِ لَقَدْ سَمِعْنَا مِنْكَ الْيَوْمَ شَيْئًا مَا كُنَّا نَسْمَعُهُ قَالَ : إِنَّ جِبْرِيلَ عَلَيْهِ الصَّلاَةُ وَالسَّلاَمُ عَرَضَ لِي فَقَالَ : بُعْدًا لِمَنْ أَدْرَكَ رَمَضَانَ فَلَمْ يَغْفَرْ لَهُ قُلْتُ : آمِينَ ، فَلَمَّا رَقِيتُ الثَّانِيَةَ قَالَ : بُعْدًا لِمَنْ ذُكِرْتُ عِنْدَهُ فَلَمْ يُصَلِّ عَلَيْكَ قُلْتُ : آمِينَ ، فَلَمَّا رَقِيتُ الثَّالِثَةَ قَالَ : بُعْدًا لِمَنْ أَدْرَكَ أَبَوَاهُ الْكِبَرَ عِنْدَهُ أَوْ أَحَدُهُمَا فَلَمْ يُدْخِلاَهُ الْجَنَّةَ قُلْتُ : آمِينَ.... « رَغِمَ أَنْفُ رَجُلٍ ذُكِرْتُ عِنْدَهُ فَلَمْ يُصَلِّ عَلَىَّ وَرَغِمَ أَنْفُ رَجُلٍ دَخَلَ عَلَيْهِ رَمَضَانُ ثُمَّ انْسَلَخَ قَبْلَ أَنْ يُغْفَرَ لَهُ وَرَغِمَ أَنْفُ رَجُلٍ أَدْرَكَ عِنْدَهُ أَبَوَاهُ الْكِبَرَ فَلَمْ يُدْخِلاَهُ الْجَنَّةَ ».
“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Minbəri gətirin!” Biz minbəri gətirdikdə, Peyğəmbər ﷺ bir pillə qalxdı və: “Amin!”- dedi. Sonra ikinci pilləni qalxdı və yenə: “Amin!”- dedi. Sonra üçüncü pilləni qalxdı və yenə də: “Amin!”- dedi. O, minbərdən aşağı düşəndə biz dedik: “Ey Allahın Elçisi, biz səndən bundan əvvəl eşitmədiyimizi eşitdik”. O dedi: “Cəbrail ﵇ yanıma gələrək dedi: “Ramazan ayına çatıb bağışlanma qazanmayan məhv olsun!” Mən dedim: “Amin!” İkinci pilləni qalxdıqda dedi: “Yanında sənin adın çəkildikdə, sənə salavat deməyən məhv olsun!” Mən dedim: “Amin!” Üçüncü pilləyə qalxdıqda, Cəbrail dedi: “Valideynləri və ya valideynlərindən biri ahıl yaşına çatdıqda, (onlara qayğı göstərməyərək) Cənnətə girməyən məhv olsun!” Mən dedim: “Amin!” Digər rəvayətdə Peyğəmbər ﷺ buyurur: “Yanında adım çəkildiyi zaman mənə salavat deməyənin burnu yerə sürtülsün! Ramazan ayına yetişib bu ay çıxanda günahları bağışlanmayanın burnu yerə sürtülsün! Yanında yaşlı valideynlərinin olmasına rəğmən onları razı salmadığına görə Cənnətə girməyənin burnu yerə sürtülsün!””
Qeyd
əl-Hakim, 7256. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 995.
ət-Tirmizi, 3545, 3890. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3510.